XƏBƏRLƏR




- 25. Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunması ilə əlaqədar həmin müavinətlərin vətəndaşlara verilməsi Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2002-ci il
- 17 iyun 2006-cı il tarixli 151 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 578)
- 27 fevral 2007-ci il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 199)
- 22 may 2007-ci il tarixli 79 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 549)
- - Azərbaycan Nazirlər Kabineti "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nı təsdiq edib.
- - 71. Azərbaycan Respublikasında insanın immunçatışmazlığı xəstəliyinin (AİDS)* yayılmasının qarşısının alınmasına dair “MİLLİ STRATEJİ PLAN”ın təsdiqlənməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı, 2002-ci il
- - 70. “2011-2015-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2010-cu il
- - 69. "Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan şəxslərin işləməsi qadağan olunan peşə və vəzifələrin Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2003-cü il
- - 68. "Daimi yaşayış yeri olmayan, ətrafdakılar üçün təhlükə törədən vərəm xəstəliyinə tutulmuş şəxslər üçün təşkil olunan xüsusi xəstəxana-internatlara xəstələrin göndərilməsi və qəbulu Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2003-cü il
- - 67. “2011-2015-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2010-cu il
- - 66. Transplantasiya obyekti olan orqan və (və ya) toxumaların Siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2000-ci il
- - 65. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (0 cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı"nın və "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2005-ci il
- - 64. “Şəkərli diabet üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2005-ci il
- - 63. “2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2010-cu il
- - 62. Psixi pozuntu nəticəsində şəxsin ayrı-ayrı peşə növlərində və yüksək təhlükə mənbəyi ilə bağlı işlərdə fəaliyyətin yerinə yetirilməsi üçün yararsız hesab edilməsinə əsas verən psixiatriya əks-göstərişlərin Siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2003-cü il
Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunması ilə əlaqədar həmin müavinətlərin vətəndaşlara verilməsi Qaydalarının təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli, 613 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunması ilə əlaqədar həmin müavinətlərin vətəndaşlara verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 9 yanvar 2002-ci il
№ 2
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2002-ci il 9 yanvar tarixli, 2 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunması ilə əlaqədar həmin müavinətlərin vətəndaşlara verilməsi
QAYDALARI [1]
1. Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanı və "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 yanvar tarixli 514 nömrəli Fərmanının 1.9-cu bəndi ilə müəyyən olunan müavinətlər hərbi qulluqçulara və xüsusi rütbəsi olan əməkdaşlara - onların xidmət keçdiyi orqan tərəfindən, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya alanlara isə - pensiyalarının üzərinə hesablanmaqla müvafiq pensiya təyin edən orqan ödənilir. [2]
(Çıxarılıb) [3]
4. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar tam dövlət təminatında olduqda yaşadıqları müəssisənin müdiriyyəti tərəfindən onların adına şəxsi hesab açılır, hesab haqqında məlumatlar müəssisənin yerləşdiyi ərazi üzrə rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzinə bildirilir, aylıq müavinət bu mərkəzlər tərəfindən həmin hesaba köçürülür. [4]
5. Məcburi köçkünlərə və məskunlaşmamış qaçqınlara müavinətlərin ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada tənzimlənir.
6. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli, 613 nömrəli Fərmanı ilə müəyyən olunan aylıq müavinətlərdən bir neçəsini almaq hüququ olduqda həmin müavinətlərdən yalnız biri – ən yüksəyi ödənilir.
7. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli, 613 nömrəli Fərmanı ilə müəyyən olunan müavinətlər dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsi ilə müavinət alanlar üçün tələb olunan vəsaiti Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun, digər orqanlardan müavinət alanlar üçün isə həmin orqanların xəzinə hesabına köçürür.
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu mərkəzləşmiş qaydada xəzinədarlıq vasitəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə hesablaşma aparır.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 22 may 2007-ci il tarixli 79 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 549) ilə "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunması ilə əlaqədar həmin müavinətlərin vətəndaşlara verilməsi Qaydaları"nın 1-ci bəndində "613 nömrəli Fərmanı" sözlərindən sonra "və "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 yanvar tarixli 514 nömrəli Fərmanının 1.9-cu bəndi" sözləri əlavə edilmişdir.
[2] 17 iyun 2006-cı il tarixli 151 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 578) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 9 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunması ilə əlaqədar həmin müavinətlərin vətəndaşlara verilməsi Qaydaları”na 1-ci bənd yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli, 613 nömrəli Fərmanı ilə müəyyən olunan aylıq müavinətlər (bu Qaydaların 3,4 və 5-ci bəndlərində göstərilənlər istisna olmaqla) həmin Fərmanın 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin pensiyalarının üzərinə hesablanmaqla ödənilir.
27 fevral 2007-ci il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 199) ilə "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunması ilə əlaqədar həmin müavinətlərin vətəndaşlara verilməsi Qaydaları"nın 1-ci bəndindən ", "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən pensiya alanlara isə - pensiyalarının üzərinə hesablanmaqla müvafiq pensiya təyin edən orqan" sözləri çıxarılmışdır.
[3] 17 iyun 2006-cı il tarixli 151 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 578) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 9 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunması ilə əlaqədar həmin müavinətlərin vətəndaşlara verilməsi Qaydaları” 2-ci, 3-cü bəndlər çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
2. Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara müalicə üçün müəyyən edilən vəsaitin ödənilməsi üçün həmin şəxslər pensiya aldıqları orqana müraciət edirlər. Pensiya təyin edən orqan şəxsin müraciət etdiyi aydan sonrakı ay vəsaitin ödənilməsi üçün ödəniş müəssisəsinə barat vərəqəsi göndərməklə ödənişin həyata keçirilməsini təmin edir. İl ərzində göstərilən şəxsin müraciəti olmadıqda həmin ilin dekabr ayında pensiya təyin edən orqan tərəfindən vəsaitin ödənilməsi təmin olunur.
3. Şəhid ailəsi üzvləri pensiyaçı olmadıqda aylıq müavinətlər onlara şəhid ailəsi vəsiqəsi və ərizələri əsasında 2002-ci il yanvarın 1-dən, lakin aylıq müavinət almaq hüququnun yarandığı gündən tez olmamaqla, yaşadıqları ərazi üzrə rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən hesablanır.
Müraciət edildiyi vaxtdan üç gün ərzində ödəniş müəssisəsinə tapşırıq vərəqəsi göndərilməklə aylıq müavinətin ödənilməsi həyata keçirilir.
[4] 17 iyun 2006-cı il tarixli 151 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 578) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 9 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunması ilə əlaqədar həmin müavinətlərin vətəndaşlara verilməsi Qaydaları” 4-cü bəndin birinci abzası çıxarılmışdır.
Əvvəlki Redaksiyada deyilirdi:
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar pensiyaçı olmadıqda aylıq müavinət onların və ya qəyyumlarının (himayəçilərinin) yaşayış yeri üzrə rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən aparılır.
Bu xəbər 3019 dəfə oxunub
























1.jpg)






































