15 İyun 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
35. "Əlillərə, məcburi köçkünlərə, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda olan qocalara, uşaqlara, aztəminatlı və ailə başçısını itirmiş şəxslərə, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlara, İİV-lə yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və Azərbaycan Respublikası tərəfindən qaçqın statusu verilmiş şəxslərə, orqan və (və ya) toxumaların götürülməsi zamanı əməliyyatla bağlı donorlara tibbi və əlil, əqli və ya fiziki çatışmazlıqları olan uşaqlara tibbi, defektoloji və psixoloji yardımın (xidmətin) göstərilməsi Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2005-ci il


"Əlillərə, məcburi köçkünlərə, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda olan qocalara, uşaqlara, aztəminatlı və ailə başçısını itirmiş şəxslərə, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlara, İİV-lə yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və Azərbaycan Respublikası tərəfindən qaçqın statusu verilmiş şəxslərə, orqan və (və ya) toxumaların götürülməsi zamanı əməliyyatla bağlı donorlara tibbi və əlil, əqli və ya fiziki çatışmazlıqları olan uşaqlara tibbi, defektoloji və psixoloji yardımın (xidmətin) göstərilməsi Qaydası"nın təsdiq edilməsi haqqında[1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 614 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.            "Əlillərə, məcburi köçkünlərə, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda olan qocalara, uşaqlara, aztəminatlı və ailə başçısını itirmiş şəxslərə, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlara, İİV-lə yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və Azərbaycan Respublikası tərəfindən qaçqın statusu verilmiş şəxslərə, orqan və (və ya) toxumaların götürülməsi zamanı əməliyyatla bağlı donorlara tibbi və əlil, əqli və ya fiziki çatışmazlıqları olan uşaqlara tibbi, defektoloji və psixoloji yardımın (xidmətin) göstərilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

2.            Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  A.RASİZADƏ

 

Bakı şəhəri, 7 mart 2005-ci il

№ 37

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 7 mart tarixli 37 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara , məcburi köçkünlərə, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda olan qocalara, uşaqlara, aztəminatlı və ailə başçısını itirmiş şəxslərə, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlara, İİV-lə yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və Azərbaycan Respublikası tərəfindən qaçqın statusu verilmiş şəxslərə, orqan və (və ya) toxumaların götürülməsi zamanı əməliyyatla bağlı donorlara tibbi və sağlamlıq imkanları məhdud uşaqlara tibbi, defektoloji və psixoloji yardımın (xidmətin) göstərilməsi[2]

 

QAYDASI

 

1.            Bu Qayda "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 614 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanmışdır və əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara, məcburi köçkünlərə, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda olan qocalara, uşaqlara, aztəminatlı və ailə başçısını itirmiş şəxslərə, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlara, İİV-lə yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və Azərbaycan Respublikası tərəfindən qaçqın statusu verilmiş şəxslərə, orqan və (və ya) toxumaların götürülməsi zamanı əməliyyatla bağlı donorlara tibbi və sağlamlıq imkanları məhdud uşaqlara tibbi, defektoloji və psixoloji yardımın (xidmətin) göstərilməsi qaydasını tənzimləyir.[3]

2.            Əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, məcburi köçkünlər, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda olan qocalar, uşaqlar, aztəminatlı və ailə başçısını itirmiş şəxslər, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlar, İİV-lə yaşayan Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və Azərbaycan Respublikası tərəfindən qaçqın statusu verilmiş şəxslər, orqan və (və ya) toxumaların götürülməsi zamanı əməliyyatla bağlı donorlar tibbi və sağlamlıq imkanları məhdud uşaqlar tibbi, defektoloji və psixoloji yardımla (xidmətlə) Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına ərazi dövlət tibb müəssisələrində təmin olunurlar.[4]

3.            Pulsuz tibbi, defektoloji və psixoloji yardımla (xidmətlə) təmin olunmaq üçün bu Qaydada göstərilən şəxslər ərazi dövlət tibb müəssisəsinə müraciət edib, müvafiq hüquqlarını təsdiq edən əsas sənədləri (əlillik , sağlamlıq imkanlarının məhdudluğu , məcburi köçkünlük və ya qaçqın və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusu haqqında vəsiqəni və ya müvafiq xəstəliklər haqqında arayışı və s.) təqdim etməlidirlər.[5]

4.            Bu Qaydada göstərilən şəxslərə ixtisaslaşdırılmış tibb müəssisələrində pulsuz tibbi, defektoloji və ya psixoloji yardımlar yalnız ərazi dövlət tibb müəssisələrinin göndərişi əsasında edilir.

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130)
  2. 20 avqust 2010-cu il tarixli 154 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 08, maddə 763)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 20 avqust 2010-cu il tarixli 154 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 08, maddə 763) ilə qərarın adında və 1-ci bəndində “Azərbaycan Respublikasının HİV/AİDS-lə xəstələnmiş vətəndaşlarına” sözləri “İİV-lə yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və Azərbaycan Respublikası tərəfindən qaçqın statusu verilmiş şəxslərə” sözləri ilə əvəz edilmişdir.

 

[2] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə adında «əlillərə» sözündən sonra  « , sağlamlıq imkanları məhdud uşaqlara»  sözləri əlavə edilmişdir.

22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə adında «əlil, əqli və ya fiziki çatışmazlıqları olan» sözləri «sağlamlıq imkanları məhdud» sözləri ilə əvəz edilmişdir.

20 avqust 2010-cu il tarixli 154 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 08, maddə 763) ilə 37 nömrəli qərarla təsdiq edilmiş “Əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara, məcburi köçkünlərə, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda olan qocalara, uşaqlara, aztəminatlı və ailə başçısını itirmiş şəxslərə, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlara, Azərbaycan Respublikasının HİV/AİDS-lə xəstələnmiş vətəndaşlarına, orqan və (və ya) toxumaların götürülməsi zamanı əməliyyatla bağlı donorlara tibbi və sağlamlıq imkanları məhdud uşaqlara tibbi, defektoloji və psixoloji yardımın (xidmətin) göstərilməsi Qaydası”nın adında və 1-ci bəndində “Azərbaycan Respublikasının HİV/AİDS-lə xəstələnmiş vətəndaşlarına” sözləri “İİV-lə yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və Azərbaycan Respublikası tərəfindən qaçqın statusu verilmiş şəxslərə” sözləri ilə, 2-ci bəndində “Azərbaycan Respublikasının HİV/AİDS-lə xəstələnmiş vətəndaşları” sözləri “İİV-lə yaşayan Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və Azərbaycan Respublikası tərəfindən qaçqın statusu verilmiş şəxslər” sözləri ilə əvəz edilmişdir.

 

[3] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 1-ci bənddə «əlillərə» sözündən sonra  « , sağlamlıq imkanları məhdud uşaqlara»  sözləri əlavə edilmişdir.

22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 1-ci bəndində «əlil, əqli və ya fiziki çatışmazlıqları olan» sözləri «sağlamlıq imkanları məhdud» sözləri ilə əvəz edilmişdir.

 

[4] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 2-ci bəndində «əlil, əqli və ya fiziki çatışmazlıqları olan» sözləri «sağlamlıq imkanları məhdud» sözləri ilə əvəz edilmişdir.

22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 2-ci bəndində «Əlillər» sözündən sonra « , sağlamlıq imkanları məhdud uşaqlar» sözləri əlavə edilmişdir.

 

[5] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 3-cü bənddə «əlillik» sözündən sonra «, sağlamlıq imkanlarının məhdudluğu» sözləri əlavə edilmişdir.

  

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2993 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”