15 İyun 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
46. Əlillər, sağlamlıq imkanları məhdud uşaqlar hamilə qadınlar və südəmər uşaqları olan analar, 60 yaşından yuxarı olan kişilər və 55 yaşından yuxarı olan qadınlar, eləcə də siyahısı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş xəstəlikləri olan cinayət törətmiş narkomanlar barəsində məcburi müalicə Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2000-ci il


Əlillər, sağlamlıq imkanları məhdud uşaqlar hamilə qadınlar və südəmər uşaqları olan analar, 60 yaşından yuxarı olan kişilər və 55 yaşından yuxarı olan qadınlar, eləcə də siyahısı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş xəstəlikləri olan cinayət törətmiş narkomanlar barəsində məcburi müalicə Qaydalarının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
 

"Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli, 174 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Əlillər, sağlamlıq imkanları məhdud uşaqlar hamilə qadınlar və südəmər uşaqları olan analar, 60 yaşından yuxarı olan kişilər və 55 yaşından yuxarı olan qadınlar, eləcə də siyahısı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş xəstəlikləri olan cinayət törətmiş narkomanlar barəsində məcburi müalicə Qaydaları" təsdiq edilsin (əlavə olunur). [1]

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A.Rasİzadə

Bakı şəhəri, 10 oktyabr 2000-ci il
№ 186

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 10 oktyabr tarixli, 186 nömrəli qərarı ilə
təsdİq edİlmİşdİr

 

Əlillər, sağlamlıq imkanları məhdud uşaqlar hamilə qadınlar və südəmər uşaqları olan analar, 60 yaşından yuxarı olan kişilər və 55 yaşından yuxarı olan qadınlar, eləcə də siyahısı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş xəstəlikləri olan cinayət törətmiş narkomanlar barəsində məcburi müalicə
 

QAYDALARI [2]

 

1. Narkomanlığa düçar olan şəxslər arasında xəstəliyin növündən asılı olmayaraq əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara hamilə qadınlara, südəmər uşaqları olan analara, 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, eləcə də  Səhiyyə Nazirliyi tərəfindən siyahısı təsdiq edilmiş xəstəlikləri olan cinayət törətmiş şəxslərə qarşı məcburi müalicə tədbirləri tətbiq edilib-edilməməsi haqqında rəy həkim-məsləhət komissiyası tərəfindən fərdi qaydada verilir.

2. Əlillik, sağlamlıq imkanlarının məhdudluğu hamiləlik, südəmər uşaqları olan analar, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən siyahısı təsdiq edilmiş xəstəliklərin olub-olmaması yalnız ixtisaslaşdırılmış tibb müəssisəsi və ya tibbi-sosial ekspert komissiyası tərəfindən müəyyənləşdirilir.

3. Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq adları aşağıda göstərilən ruhi xəstəliklərdən əzab çəkən və narkotik vasitələri qəbul edən şəxslər psixiatriya xəstəxanalarında müalicə olunmalıdırlar:

şizofreniya - kəskin şəxsiyyət qüsuruna gətirib çıxaran bədxassəli, fasiləsiz inkişaf edən və tutmavari gedişli bütün formaları;

epilepsiya - tezləşmiş qıcolma tutmaları (yaxud psixi ekvivalentlər), ağıl zəifliyinə gətirib çıxaran dərin şəxsiyyət dəyişilməsi ilə;

invalüsion psixozlar - kəskin simptomatika ilə yaxud ağıl zəifliyi ilə;

oliqofreniya - kəskin büruzə verən debillik, yaxud imbesillik;

maniakal - depressiv psixoz tutmaları.

4. Bu Qaydaların 2-ci bəndində göstərilən xəstəliklərdən əvvəllər müalicə olunmuş şəxslərdə narkoloji müayinə zamanı həmin xəstəliklərin əlamətlərinin olub-olmaması məsələsi həll edilir, bu əlamətlər aşkar edilmirsə, onlar tibbi-sosial ekspert komissiyasının rəyi əsasında məhkəmə qərarı ilə məcburi müalicəyə cəlb olunurlar.

5. Bu Qaydaların 1-ci bəndində göstərilən, həmçinin narkomaniyaya düçar olmuş şəxslər azadlıqdan məhrumetmə yerlərindən azad olunduqdan sonra onlar haqqında yaşadıqları yer üzrə narkoloji tibb müəssisəsinə islah əmək müəssisələrinin rəhbərliyi tərəfindən məlumat verir. Həmin şəxslər qeydiyyata götürülür, müşahidə olunur və lazımi hallarda həmin narkoloji-tibb müəssisəsində onlara aid profilaktik və müalicə tədbirləri tərtib edilir.

6. Ruhi və narkoloji tibb müəssisələrində təxirəsalınmaz stasionar müalicəyə ehtiyacı olan hər hansı mənşəli kəskin psixozlar (o cümlədən alkoqol və ya narkotik vasitələrin qəbulu ilə əlaqədar olan), narkomaniya xəstəliyinə düçar olmuş şəxslərdə narkomaniya xəstəliyi ilə yanaşı, təcili ixtisaslaşdırılmış stasionar müalicənin aparılmasını tələb edən digər (cərrahi, daxili və s.) xəstəliklər zamanı narkomaniyadan məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə müvəqqəti yol verilmir.

Həmin şəxslər adı çəkilən xəstəliklərə aid müvafiq ixtisaslaşdırılmış müalicə kursu aldıqdan sonra narkomaniyaya qarşı məcburi müalicəyə göndərilməlidirlər.

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 20 avqust 2008-ci il tarixli 192 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 787)

 

QƏRARA  EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 20 avqust 2008-ci il tarixli 192 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 787) ilə adında və 1-ci bəndində «Əlillər» sözündən sonra «, sağlamlıq imkanları məhdud uşaqlar» sözləri əlavə edilmişdir.

 

[2] 20 avqust 2008-ci il tarixli 192 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 787) ilə adında «Əlillər» sözündən sonra «, sağlamlıq imkanları məhdud uşaqlar» sözləri əlavə edilmişdir, 1-ci bənddə «əlillərə» sözündən sonra «, sağlamlıq imkanları məhdud uşaqlara» sözləri əlavə edilmişdir və  2-ci bənddə «Əlillik» sözündən sonra «, sağlamlıq imkanlarının məhdudluğu» sözləri əlavə edilmişdir.

 

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2747 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”