15 İyun 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
47. Narkoloji tibb müəssisələrində təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi Qaydasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2002-ci il


Narkoloji tibb müəssisələrində təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi Qaydasının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
 

"Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli, 581 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Narkoloji tibb müəssisələrində təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
 

Bakı şəhəri, 12 avqust 2002-ci il
№ 132

 

Azərbaycan Respublikası Nazirlər  Kabinetinin

2002-ci il 12 avqust tarixli, 132 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

Narkoloji tibb müəssisələrində təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi
QAYDASI

 

1. Narkoloji tibb müəssisələrində təhlükəsizlik tədbirləri (müəssisələrdə işləyən tibbi heyətin və xəstələrlə əlaqədə olan digər şəxslərin narkoloji xəstələr tərəfindən törədilə biləcək təhlükəli hərəkətlərdən mühafizəsi) həmin müəssisələrin rəhbərliyi tərəfindən həyata keçirilir.

2. Narkoloji tibb müəssisələrində təhlükəsizlik tədbirləri xəstənin və onun yanına gələn yaxın qohumlarının hüquqlarını pozmamalıdır.

3. Xəstə tibb müəssisəsinə daxil olduqda palatada yerləşdirilməli və 3 gün müddətində ciddi nəzarət altında olmalıdır. Onun səhhəti həkim tərəfindən qiymətləndirilməli, daxili rejim və təhlükəsizlik qaydaları ilə xəstə tanış edilməli və bu qaydalara riayət edilməsi barədə ondan yazılı iltizam alınmalıdır.

4. Alkoqol və ya intoksikasion psixozlu xəstələrdə düşüncə pozuntuları olduğu halda, onun sağlamlığını qorumaq məqsədi ilə yataqda fiksə edilə bilər.

5. Narkoloji tibb müəssisələrində xəstələrin şöbədənkənar hərəkətləri məhdudlaşdırıla bilər.

6. Müalicə olunan xəstələr onların psixoloji vəziyyəti, spirtli içkilərə, narkotik və psixotrop maddələrə meyllərinin olması nəzərə alınaraq, tibb işçilərinin daimi nəzarətində olmalı, onların yanına gələn şəxslərin kimliyi aydınlaşdırılmalı, sayı məhdudlaşdırılmalı və gətirilən ərzaq və s. əşyalar yoxlanılmalıdır.

7. Müalicə olunan xəstənin yanına gəlmə vaxtı və müddəti daxili qaydalar əsasında məhdudlaşdırılır və bu xəstəyə kəsici, iti əşyaların, şüşə qabların, psixoaktiv maddələrin gətirilməsi qadağan edilir.

8. Narkoloji tibb müəssisələrində daxili rejimə və təhlükəsizlik tədbirlərinə əməl olunmasına bölmə rəhbəri, növbətçi həkim və növbətçi tibb personalı cavabdehlik və məsuliyyət daşıyırlar.

9. Tibb personalı tərəfindən daxili rejim və təhlükəsizlik tədbirlərinə riayət edilmədikdə, qanunvericilikdə müəyyən olunmuş qaydada tədbirlər görülə bilər.

10. Psixi pozuntuları olmayan, müalicəyə könüllü müraciət edən narkoloji xəstələr tərəfindən daxili rejimə və təhlükəsizlik tədbirlərinə əməl edilmədikdə, onlar narkoloji tibb müəssisəsinin rəhbərliyinin qərarı ilə xəstəxanadan xaric edilə bilərlər.

Qeyd.Yetkinlik yaşına çatmamış narkoloji xəstələr, habelə özlərinin və ətrafdakı şəxslərin səhhəti və həyatı üçün təhlükə yaradan narkoloji xəstələr digər xəstələrdən ayrı yerləşdirilirlər.

 

  



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2677 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”