15 İyun 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
50. Narkoloji xəstələrin qeydiyyatının aparılması qaydasının və onların qeydiyyatda olma müddətinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2002-ci il


Narkoloji xəstələrin qeydiyyatının aparılması qaydasının və onların qeydiyyatda olma müddətinin təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
 

"Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli, 581 nömrəli Fərmanını icra etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Narkoloji xəstələrin qeydiyyatının aparılması Qaydası və onların qeydiyyatda olma müddəti" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
 

Bakı şəhəri, 19 avqust 2002-ci il

№ 136

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2002-ci il 19 avqust tarixli, 136 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

Narkolojİ xəstələrİn qeydİyyatının aparılması

Qaydası və onların qeydİyyatda olma müddətİ

I. Narkoloji xəstələrin qeydiyyatının aparılması qaydası

 

1. Narkoloji xəstələr (alkoqolizmə, narkomanlığa və toksikomaniyaya düçar olan şəxslər) və insan psixikasına təsir göstərən maddələrdən (spirtli içkilərdən, narkotik vasitələrdən, psixotrop və bihuşedici maddələrdən) sui-istifadə edən şəxslər dövlət narkoloji tibb müəssisələri tərəfindən aşağıdakı hallarda qeydiyyata götürülürlər:

könüllü müalicə olunmaq üçün müraciət etdikdə;

ibtidai istintaq, prokurorluq, məhkəmə orqanlarının qərarı əsasında məcburi tibbi müayinə zamanı yoxlanılan şəxsdə narkoloji xəstəlik aşkar edildikdə;

tibbi müayinə üçün könüllü müraciət edən şəxsdə narkoloji xəstəlik müəyyən edildikdə;

işə götürən idarə və ya müəssisənin göndərişi əsasında keçirilən tibbi müayinə zamanı narkoloji xəstəlik aşkara çıxarıldıqda.

2. Konkret şəxsin qeyri-tibbi məqsədlərlə narkotik vasitələrdən, psixotrop və bihuşedici maddələrdən və onların analoqlarından istifadə etməsi və yaxud narkotik sərxoşluq vəziyyətində olması barədə müxtəlif tibb müəssisələrindən (toksikoloji, travmatoloji, dəri-zöhrəvi, vərəm əleyhinə tibb müəssisələri, QİÇS laboratoriyaları və s.) alınan məlumatlar həmin şəxsin qeydiyyata götürülməsi üçün əsas verir.

3. Narkoloji xəstələr və insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə edən şəxslər qeydiyyata götürülərkən həkim-narkoloq həmin şəxslərə ambulator xəstələrin tibbi kartasını açır və bu kartada qeydiyyatda olduğu müddətdə xəstənin səhhəti barədə müvafiq qeydlər aparır (aparılan müalicə, verilən sorğular, alınan cavablar və s. barədə).

4. Qeydiyyata götürülmüş şəxslər haqqında altı bölmədən ibarət aşağıdakı qaydada dinamik müşahidə kartotekası aparılır:

birinci bölmədə - narkomanlığa düçar olan şəxslər haqqında;

ikinci bölmədə- toksikomaniyaya düçar olan şəxslər haqqında;

üçüncü bölmədə- alkoqolizmə düçar olan şəxslər haqqında;

dördüncü bölmədə - həkim təyinatı olmadan narkotik vasitələrdən istifadə edən, lakin narkoloji xəstəliyə tutulmamış şəxslər haqqında;

beşinci bölmədə - həkim təyinatı olmadan psixotrop və bihuşedici maddələrdən sui-istifadə edən, lakin narkoloji xəstəliyə tutulmamış şəxslər haqqında;

altıncı bölmədə - spirtli içkilərdən sui-istifadə edən, lakin narkoloji xəstəliyə tutulmamış şəxslər haqqında.

5. Qeydiyyatı aparan narkoloji tibb müəssisəsi narkomanlığa düçar olan, habelə narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər barəsində kəmiyyət göstəricilərinin ümummilli banka daxil edilməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərir.

6. Narkoloji tibb müəssisələri tərəfindən narkoloji xəstələrin və insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə edən şəxslərin qeydiyyatının aparılması zamanı xəstənin səhhəti haqqında məlumatların konfidensiallığı təmin edilir və hər hansı şəxs barəsində narkoloji yardımın həyata keçirilməsinə dair məlumatlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada verilə bilər.

 

II. Narkoloji xəstələrin qeydiyyatda olma müddəti

 

1. Narkoloji xəstələrin, spirtli içkilərdən, narkotik vasitələrdən, psixotrop və bihuşedici maddələrdən sui-istifadə edən şəxslərin qeydiyyatda olma müddəti aşağıdakı kimi müəyyən edilir:

narkoloji xəstələr üçün - sağalma (dözümlü remissiya) və ya narkotik vasitələrdən, psixotrop maddələrdən sui-istifadə etməkdən özünüsaxlama müddəti - 5 il;

alkoqolizmə düçar olan xəstələr üçün - sağalma müddəti (dözümlü remissiya) - 3 il;

insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə edən şəxslər üçün - narkotik vasitələrdən, psixotrop və bihuşedici maddələrdən sui-istifadə etməkdən özünüsaxlama müddəti - 1 il, spirtli içkilərdən sui-istifadə etməkdən özünüsaxlama müddəti - 1 il.

2. Qeydiyyatda olan narkoloji xəstələr aşağıdakı hallarda qeydiyyatdan çıxarılaraq, olduğu yeni yer üzrə qeydiyyata götürülürlər:

cinayət törətməyə görə 1 ildən artıq azadlıqdan məhrumetmə cəzasına məhkum edildikdə;

yaşayış yeri dəyişildikdə;

həqiqi hərbi xidmətə çağırıldıqda.

 

  



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2788 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”