15 İyun 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
57. “Narkomanlığın profilaktikası və müalicəsi üçün Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı, 2010-cu il


  

“Narkomanlığın profilaktikası və müalicəsi üçün Tədbirlər Planı”nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq, narkomanlığın profilaktikasını və müalicəsini təmin etmək məqsədi ilə:

1. “Narkomanlığın profilaktikası və müalicəsi üçün Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

2. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİ-ZADƏ

 

Bakı şəhəri, 25 fevral 2010-cu il

                      № 44s

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2010-cu il 25 fevral tarixli

44s nömrəli sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Narkomanlığın profilaktikası və müalicəsi üçün

Tədbirlər Planı

 

Sıra

-si

Tədbirin adı

İcraçı orqanlar

İcra müddəti

1

2

3

4

1.

Narkomanlığa mübtəla olmuş şəxslərin müalicəsi və sonrakı sosial reabilitasiya problemlərinin həlli yollarını yenidən nəzərdən keçirmək, müasir elmi nailiyyətlər və bu sahədəki qabaqcıl təcrübə nəzərə alınmaqla, yeni üsul və metodların hazırlanması

Səhiyyə Nazirliyi

mütəmadi

2.

Narkomaniyanın müalicəsi məqsədi ilə müalicə-reabilitasiya mərkəzinin yaradılması məsələsinə baxılması

Səhiyyə Nazirliyi

2010-2012

3.

Narkomanlıq xəstəliyinə tutulmuş, müalicə olunmaq istəyən şəxslərə yardım etmək üçün müvafiq müalicə reabilitasiya mərkəzlərinin və anonim müalicə kabinetlərinin təşkil edilməsi

Səhiyyə Nazirliyi

2010-2011-ci illər

4.

Biokimyəvi diaqnostika testlərini və narkotiklərdən istifadə edən şəxsləri aşkara çıxarmağın tibbi-texniki vasitə və metodlarını təkmilləşdirmək üçün müvafiq tədqiqat işlərinin aparılması, bu sahədə xarici ölkələrin təcrübəsindən istifadə edilməsi və mövcud test və texniki avadanlıqların əldə edilməsi perspektivlərinin öyrənilməsi

Səhiyyə Nazirliyi

mütəmadi

5.

Narkotik vasitələrin qeyri-tibbi qəbul edilməsinə yol verən şəxslərin aşkara çıxarılmasına dair həkim, müəllim, hüquq mühafizə orqanları işçiləri və valideynlər üçün metodik tövsiyələrin hazırlanması

Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu

2010-cu il

6.

Narkomaniya vəziyyəti və onunla mübarizə tədbirlərinin nəticələri və onlar barədə əhalinin geniş şəkildə məlumatlandırılmasını təmin etmək üçün ekran-efir və çap məlumatlarının yaradılması, kütləvi informasiya vasitələrinin imkanlarından istifadə edilməsi, xüsusi ədəbiyyatların və digər əyani vəsaitlərin hazırlanması və nəşri

Səhiyyə Nazirliyi

mütəmadi

7.

Xarici ölkələrin mütərəqqi təcrübəsindən faydalanmaqla, yeniyetmə və gənclərdə sabit antinarkotik yönümün formalaşdırılması üzrə ali, orta və orta-ixtisas tədris müəssisələrində, ixtisasartırma və təkmilləşdirmə institutlarında tədris təlim proqramlarına narkomanlığın zərəri haqqında əlavə kurs və ya mövzuların daxil edilməsi və həmin müəssisələrdə mühazirələrin, seminarların və treninqlərin təşkili

Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi

mütəmadi

8.

Narkotik maddələrin qəbulu ilə bağlı neqativ əməllərin aradan qaldırılması istiqamətində məqsədyönlü fəaliyyətin inkişafına yönəldilmiş kompleks tədbirlər planının hazırlanması və həyata keçirilməsi

Səhiyyə Nazirliyi

2010-2011-cu

illər

9.

Narkotik və psixotrop maddələrin alınmasına, saxlanılmasına, satılmasına və təyinatı üzrə istehlakına nəzarətin gücləndirilməsi

Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi

mütəmadi

10.

Xidməti vəzifələrinə görə narkotik vasitələrlə işləyən, onları əldə etmək imkanı olan şəxslərin işə qəbul edilməzdən əvvəl və sonra vaxtaşırı narkoloji müayinədən keçirilməsi qaydalarının, iş yerlərinin siyahılarının hazırlanması

Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Respublika Baş Prokurorluğu, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

2010-cu il

11.

Narkotik vasitələrdən sui istifadələrin miqyasının öyrənilməsi, narkotik xammalın qeyri-qanuni istehsalının təhlili və proqnozlaşdırılması, narkotik tərkibli bitkilərin məhv edilməsinin yeni texnologiyasının işlənilməsi və tətbiq edilməsi, habelə narkomanlığın inkişafı nəticəsində əmələ gələn itkilərin müəyyən edilməsi, narkotiklərin yayılmasına qarşı əks təsirin maliyyə və məsrəflərinin hesablanması, optimal variantların işlənilməsinə dair sosioloji və elmi tədqiqat işlərinin təşkil edilməsi və aparılması

Milli Elmlər Akademiyası, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi

mütəmadi

12.

Profilaktika, müalicə və reabilitasiya üsullarının keyfiyyətinin yüksəldilməsi və növlərinin artırılması məqsədi ilə müalicə standartlarının tibbi protokollarının və metodik tövsiyələrin hazırlanması

Səhiyyə Nazirliyi

2010-2011-cu illər

13.

Narkoloji tibbi xidmətin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədi ilə mövcud narkoloji xidmətin strukturuna yenidən baxılması və bölgələrdə ambulator müalicə-məsləhət xidmətinin və onun funksional vəzifələrinin təşkil edilməsi

Səhiyyə Nazirliyi

2010-cu il

14.

Orta-ixtisas və ali tibbi təhsil müəssisələri tərəfindən həkim-narkoloqların, tibbi psixoloqların, sosial işçilərin hazırlanması və təkmilləşdirilməsi məqsədi ilə tədris proqramlarının yenidən işlənilməsi, müvafiq kafedraların, təlim və tədris kurslarının yaradılması

Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi

2010-2012-ci illər

15

Məhkəmə tərəfindən barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumlara məcburi müalicənin aparılması Qaydaları"nın hazırlanması və təsdiq edilməsi

Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi

2010-2011-cu illər

16.

Avropa Birliyinin Narkotiklərlə Mübarizə Mərkəzinin standartlarına uyğun olan narkoloji xəstəliklərin yeni qeydiyyat göstəricilərinin (yeni narkoloji reyestr), görülən işləri qiymətləndirmə və inkişaf mexanizmlərinin müəyyən edilməsi və yeni hesabat formalarının hazırlanması

Səhiyyə Nazirliyi

2010-cu il

17.

Cinayət törətmiş narkoloji xəstələrə alternativ cəzanın Azərbaycan Respublikasında tətbiq edilə bilməsi barədə müzakirələrin aparılması və Qanun layihəsinin işlənib hazırlanması üçün təkliflərin müvafiq orqanlara verilməsi

Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi

2010-cu il

18.

Beynəlxalq təşkilatlar və ictimai qurumlar tərəfindən narkomanlıq xəstəliyinə düçar olan şəxslərin sağlamlığının qorunması, onlar arasında maarifləndirmə işinin təşkili, ağır yoluxucu xəstəliklərin (QİÇS, Hepatitlər B və C, zöhrəvi xəstəliklər və s.) yayılmasının qarşısının alınması məqsədi ilə zərərin azaldılması proqramlarının (əvəzedici müalicə, şprislərin və digər tibbi ləvazimatların paylanılması və dəyişdirilməsi proqramları, qeyd edilən xəstələr arasında maarifləndirmə, xəbərdaredici və s. tədbirlərin keçirilməsi) geniş şəkildə tətbiq edilməsi

Səhiyyə Nazirliyi

mütəmadi

 

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3098 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”