09 Noyabr 2025-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
15/6/2023 Milli Qurtuluş Günündə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 100 mənzil və fərdi ev təqdim edildi


Milli Qurtuluş Günündə şəhid ailələrinə və müharibə ilə əlaqədar

əlilliyi olan şəxslərə 100 mənzil və fərdi ev təqdim edildi

 

Bu il artıq 360, postmüharibə dövründə 4 860, ümumilikdə ötən dövrdə 13 660 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara təqdim olunub.

 

15 İyun - Milli Qurtuluş Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Hövsan, Ramana, Kürdəxanı qəsəbələrində, Abşeron, Göygöl, Salyan və Ağsu rayonlarında şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 100 mənzil və fərdi ev təqdim edilib.

Göygöl rayonunda mənzillərin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək vurğulayıb ki, xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda yenidən respublikamızın rəhbərliyinə qayıdışı Azərbaycanı dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən, dərin siyasi, iqtisadi və sosial böhrandan xilas edib.

Qeyd olunub ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndər Heydər Əliyev tərəfindən ötən əsrin 90-cı illərində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzillə təminatı proqramının əsası qoyulub və ötən dövrdə uğurla davam etdirilib. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə mənzil və fərdi evlə təminat proqramı 5 dəfə genişlənib.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunduğu bu il də şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlə təminatı uğurla davam etdirilir. Bu il artıq 360, postmüharibə dövründə 4 860, ümumilikdə ötən dövrdə 13 660 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara təqdim olunub.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev ölkəmizin hər bir bölgəsində olduğu kimi, Göygöl rayonunda da şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olanların dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunduğunu, bu sahədə görülən işləri diqqətə çatdırıb.

Mənzillərlə təmin edilən vətəndaşlar sosial dəstəklə əhatə olunduqlarından razılıqlarını bildirib,  mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, bu gün yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. 

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 275 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”