09 Noyabr 2025-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
5/6/2023 Salyan rayonunda uşaqlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş maarifləndirmə tədbiri təşkil olunub


Salyan rayonunda uşaqlara qarşı zorakılıqla mübarizəyə

həsr olunmuş maarifləndirmə tədbiri təşkil olunub

 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Uşaqlara qarşı zorakılığa son deyək!” adlı maarifləndirmə kampaniyasının təşkili” layihəsini həyata keçirən “Ümman” Əlilliyi Olan Uşaqlara Qayğı İctimai Birliyi tərəfindən yekun maarifləndirmə tədbiri Salyan Rayon Heydər Əliyev Mərkəzində təşkil olunub.

Salyan Rayon İcra Hakimiyyətinin nümayəndəsi Məhərrəm Məmmədov açılış nitqi çıxış edərək iştirakçıları salamlayıb və rayonunda fəaliyyət göstərən “Murad” İctimai Birliyi ilə birgə keçirilən tədbirin işinə uğurlar arzulayıb.

Birliyin sədri Şükufə Məmmədova çıxışında müasir dövr üçün aktuallıq kəsb edən sosial problemlərindən biri olan uşaqlara qarşı zorakılıqla mübarizə mövzusuna həsr olunan layihəyə dəstək verən QHT Agentlyinə, habelə Ombudsman tərəfindən mayın 18-dən iyunun 18-ə kimi ölkədə elan olunan “İnsan Hüquqları Aylığı” çərçivəsində belə bir vacib tədbirin keçirilməsi üçün yaradılan şəraitə görə Salyan Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirib.

Layihə rəhbəri Səkinə Məmmədbəyova diqqətə çatdırıb ki, “Uşaqlara qarşı zorakılığa birlikdə son deyək!” devzi altında keçirilən tədbirin əsas məqsədi hədəf qrupuna daxil olan şəxslərin zorakılıqla mübarizə məsələləri ilə bağlı məlumatlılıq səviyyəsinin artırılmasına nail olmaqla cəmiyyətdə mövcud olan bir sıra neqativ halların qarısının alınmasına töhfə verməkdir.

Salyan Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Sevinc  Səmədova, Salyan Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova, “İnklüziv Cəmiyyət Naminə” İctimai Birliyinin sədri Ramilə Mahmudova, “Murad” İctimai Birliyinin sədri Rəsmiyyə Səmədova, “Salyan Rayon Ziyalılar” İctimai Birliyinin sədri Allahverdi Piriyev, eləcə də digərləri ölkəmizdə uşaq hüquqlarının təmini, o cümlədən zorakılıqla mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə fikirlərini bölüşüblər.

Çıxış edən natiqlər böyük minnətdarlıq hissi ilə vurğulayıblar ki, gələcəyimiz olan uşaqların hüquq və azadlıqlarının təmini məsələləri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın daim diqqət mərkəzindədir.

Daha sonra tədbirə ekspert qismində dəvət olunan məişət zorakılığından zərər çəkmiş uşaqlarla sosial iş üzrə təcrübəli mütəxəssis Gülnaz Məmmədli uşaqlara qarşı məişət zorakılığının anlayışı, növləri, baş vermə səbəbləri, onun daha çox ehtimalı olunduğu yerlər, qarşısının alınması yolları, risk qrupları, nikah yaşı, ekrən evlilik problemləri, uşaqların hüquq və mənafeləri, onların müdafiəsi sahəsində valideynlərin hüquq və vəzifələri, uşaq qaynar xətt xidmətləri, habelə digər mühüm məsələlər üzrə maraqlı təqdimatlar edib. Bir da qeyd olunub ki, insan hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən məişət zorakılığının törədilməsində təqsirli olan şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Layihənin fəaliyyət planına əsasən hazırlanaraq çap etdirilmiş buklet iştirakçılara təqdim olunub və tədbir diskusiya şəraitində başa çatıb.

 

İnformasiya yayımı xidməti

 

#UşaqHüquqları #ZorakılığaBirlikdəSonDeyək #İnsanHüquqlarıAylığı

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 348 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”