XƏBƏRLƏR




- 11/4/2023 Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsinin icrasına başlayıb.
Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsinin icrasına başlayıb.
Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən icra olunan “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində maliyyələşdirilir.
Layihənin icra müddəti 10 aydır.
Layihə aşağıda qeyd olunan məqsədlərə nail olunmasına yönəlib:
Məqsəd 1
Azərbaycanda BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiyanın və digər konvensiyaların (əlilliyi olan şəxslərin hüquqlarına dair müddəaları olan) həyata keçirilməsinə dair alternativ məlumatların və hesabatların hazırlanması prosesində yerli təşkilatların potensialını, səviyyəsini və iştirak keyfiyyətini yüksəltmək.
Məqsəd 2
Əlilliyi olan şəxslərin iştirakçılığının artırılması, Komitə tərəfindən Azərbaycan Hökumətinə verilmiş tövsiyələrin bir hissəsinin icra səviyyəsinin müəyyən edilməsi və təhlili.
Məqsəd 3
BMT qurumları ilə əməkdaşlıq, Beynəlxalq təşkilarda təmsilçilik, donorlarla əlaqələrin qurulması kimi bacarıqların inkişaf etdirilməsi fəaliyyətərinin inkişafı.
Layihə fəaliyyətlərinə hədəf qrupu kimi əlilliyi olan şəxslərin ən azı 15 təşkilatından, hər təşkilatdan iki nəfərın seçilməsi, ehtiyaclarının qiymətləndirilməsi, bacarıqların artırılması üçün 2 qrupda təlimlərin aparılması, bacarıqların artırılması, monitorinqlərin aparılması aiddir.
Gözlənilən nəticələr:
- Əlilliyi olan şəxslərin 15 təşkilatının məqsədlərdə qeyd olunan istiqamətlər üzrə bacarıqları artırılacaq;
- 30 nəfər alternativ hesabatların hazırlanması qaydaları ilə bərabər BMT qurumları ilə əməkdaşlıq, Beynəlxalq təşkilarda təmsilçilik, layihələrin tərtib olunması və yerinə yetirilməsi, komandada işləmək vərdişləri, donorlarla əlaqələrin qurulması kimi bacarıqlar əldə edəcəkdir;
- Minimum 5 təşkilat praktik olaraq alternativ hesabatların hazırlanmasına və BMT-nin aidiyyatı orqanlarına təqdim etməyə başlayacaq.
- 5 təşkilat beynəlxalq tədbirlərdə iştirak üçün BMT- də akreditasiya olunması.
Bu xəbər 481 dəfə oxunub
























1.jpg)






































