15 İyun 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
28/3/2023 Dövlət Sosial Müdafiə Fondu Böyük Britaniyada keçirilən müsabiqədə 2023-cü ilin Mükəmməllik Mükafatına layiq görülüb


Sosial islahatların daha bir beynəlxalq uğuru

 

Dövlət Sosial Müdafiə Fondu Böyük Britaniyada keçirilən müsabiqədə

2023-cü ilin Mükəmməllik Mükafatına layiq görülüb

 

Bu ilin ilk aylarında DSMF artıq beş beynəlxalq mükafatla  təltif olunub

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) bu ilin ilk aylarında artıq beşinci beynəlxalq uğura imza atıb: Fond Böyük Britaniyada keçirilmiş "Retirement Planning Awards 2023” beynəlxalq müsabiqəsində qalib gələrək “Sosial təminat islahatına görə 2023-cü ilin Mükəmməllik Mükafatı”na layiq görülüb.

 

Böyük Britaniyada yerləşən “Wealth and Finance International” beynəlxalq korporasiyası tərəfindən təşkil edilən, dünyanın 100-dən çox ölkəsindən çoxsaylı layihələrin təqdim edildiyi  müsabiqənin qalibləri müstəqil beynəlxalq münsiflər heyətinin qərarı ilə müəyyən edilərək elan olunub.

 

DSMF bu müsabiqədə iki istiqamətdə sosial islahat təcrübəsi (“Ünvanlı dövlət sosial yardımına dair müraciətlərə baxılması ilə əlaqədar məişət şəraitinin süni intellektə əsaslanan həll vasitəsilə monitorinqi” və “Sosial təminat idarəçiliyinin mərkəzləşdirilməsi”) ilə iştirak edib.

 

Müsabiqənin nəticələrinə dair məlumat gələn ay qeyd olunan beynəlxalq qurumun veb-səhifəsində yerləşdiriləcək.

 

Həmçinin təşkilatın 65 mindən çox tirajla nəşr ediləcək və dünya ölkələrinə yayılacaq “Retirement Planning Awards” adlı illik mətbu orqanı müsabiqənin qaliblərinə, onların qalib gələn müsabiqə işlərinə həsr olunacaq.

 

Bununla həmin mətbu orqan üzərindən DSMF-nin islahatları da beynəlxalq miqyasda geniş təbliğ və təşviq olunacaq.

 

Beləliklə, ötən il “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” (Böyük Britaniya) ali mükafatı, Beynəlxalq Sosial Təminat Assosiasiyasının mükafatı və 2 Mükəmməllik Sertifikatı, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının mükafatına layiq görülən DSMF bu il Böyük Britaniyanın iki müxtəlif qurumu tərəfindən, eləcə də Malayziyada keçirilən müsabiqələrdə daha beş beynəlxalq mükafatla təltif olunub.

 

Əlil Təşkilatları İttifaqı

  



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 502 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”