09 Noyabr 2025-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
09/3/2023 Avropa İttifaqı və BMTİP Azərbaycanda sosial sahibkarlığın inkişafı üçün yeni fürsətləri dəstəkləyir


 Avropa İttifaqı (Aİ) və BMTİP Azərbaycanda fəaliyyət göstərən bir sıra sosial sahibkarlar, o cümlədən sosial sahibkarlıqla maraqlanan vətəndaş cəmiyyəti təşkilatları (VCT) üçün biznesin inkişafı üzrə beş günlük intensiv proqram həyata keçirib.

Təlim proqramı Aİ tərəfindən maliyyələşdirilən vətəndaş cəmiyyəti təşkilatlarının dəstəklənməsinə yönələn layihə çərçivəsində təşkil edilib və Ağdam, Bakı, Gəncə, Lənkəran, Neftçala və Şəkidən
30-dan artıq vətəndaş cəmiyyəti təşkilatı və sosial sahibkarları bir araya gətirib. Proqram iştirakçıları dəstək platformaları, təşəbbüslər üçün maliyyə vəsaitlərinin yığılması platformaları, eləcə də yerli inkişaf və həssas icmalarla çalışan VCT-lər olmaqla müxtəlif sahələri təmsil edirdilər.

Təlim proqramının məqsədi sosial sahibkarlara və təşkilatlara biznes inkişafının təməl prinsiplərini öyrətməkdir. Silsilə sessiyalar sosial biznes və əlaqədar konsepsiyalar haqda hərtərəfli izahı verir, o cümlədən ideya yaratma, biznes dizaynı və planlaşdırması, satış və marketinq, biznesin sosial təsirinin ölçülməsi və hesabatlılıq istiqamətlərində iştirakçıların bilik və bacarıqlarının artırılmasına istiqamətlənir.

Proqram vasitəsilə iştirakçılar yeni sosial bizneslərə başlaya yaxud cari bizneslərini inkişaf etdirə bilərlər. Proqram onlara sosial yaxud ətraf mühitlə bağlı dəyər yaradan eyni zamanda, kommersial baxımdan dayanıqlı biznes ideyalarının yaradılmasına kömək edir. Bu yanaşma ilə VCT-lər maliyyə dayanıqlılığını təmin etmək üçün alternativ yol olaraq sosial biznes modelini qəbul edə və əldə edilən mənfəəti yenidən sosial problemlərin həllinə yönəldə bilərlər.

Təlim sessiyaları sözügedən layihənin “ARCO” Araşdırma Mərkəzi (İtaliya) ilə birgə təşkil etdiyi daha öncəki “Təlimçilərin təlimi” proqramından keçmiş yerli mütəxəssislər tərəfindən aparılıb.

Sözügedən təlim proqramının növbəti addımı olaraq layihə, ideyalaşdırma və inkubasiya proqramı həyata keçirəcək və təqdim edilən ən uğurlu biznes planlara maliyyə dəstəyi göstərəcək.    

**

Təlim proqramı, Aİ-nin maliyyələşdirdiyi və BMTİP-nin həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi tərəfindən həyata keçirilir.
Layihə - siyasətlərin formalaşdırılması, yerli inkişafa dəstək, ölkədə sosial sahibkarlığın təşviqi sahələrində VCT-lərin iştirakının artırılması məqsədilə onların potensialının gücləndirilməsini hədəfləyir.

 

Əlil Təşkilatları İttifaqı

  



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 363 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”