15 İyun 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
24/1/2023 Agentlik “Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin yekunlarına dair mətbuat konfransı keçirib - FOTO +VİDEO


 

Agentlik “Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin yekunlarına dair mətbuat konfransı keçirib - FOTO +VİDEO

Yanvarın 24-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin yekunlarına dair mətbuat konfransı keçirib.

Konfransda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin məsul əməkdaşı Rahu Şirinova, Agentliyin icraçı direktoru Aygün Əliyeva, Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və Kommunikasiya şöbəsinin müdiri Pərvin Məmmədova, “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsinin qalibləri, layihə rəhbərləri, media nümayəndələri və blogerlər iştirak ediblər.

Konfrans şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Agentliyin icraçı direktoru Aygün Əliyeva mətbuat konfransının məqsədi haqqında məlumat verib və bildirib ki, Azərbaycanda 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamından irəli gələrək ötən il Agentlik “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsini elan edib. Qrant müsabiqəsinə 227 qeyri-hökumət təşkilatı tərəfindən layihə təqdim olunub, onlardan 22 QHT layihəsinin maliyyələşdirilməsi haqqında Agentliyin Müşahidə Şurası qərar qəbul edib. Qalib gələn layihələrin əsas qayəsində Şuşanın tədqiqinə həsr olunmuş layihələr, eyni zamanda, blogerlərin, müxtəlif beynəlxalq tədbirlərin iştirakçılarının Şuşa şəhərinə səfərlərinin təşkili, orada düşərgələrin keçirilməsi olub. Həmçinin xarici ölkələrdə “Şuşa İli”nə həsr olunmuş müxtəlif formatlı tədbirlərin, elmi konfransların keçirilməsi və təbliğat xarakterli işlərin görülməsi əks olunub. Bu gün təşkil edilən mətbuat konfransının əsas məqsədi həmin layihələr çərçivəsində görülən işləri medianın diqqətinə çatdırmaqdır.

Sonra çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin məsul əməkdaşı Rahu Şirinova deyib: “Şuşa İli”nə həsr olunmuş layihələrin miqyası sosial media seqmenti üzrə də monitorinq edilmiş və layihələr barədə məlumatlar, paylaşımlar, Qarabağ - Şuşa məkanının sosial medianın müxtəlif platformalarda dünya trendinə çıxdığı xüsusi proqramlar vasitəsilə təsdiqlənib. Layihələrin nəticələri müsbət qiymətləndirilib.

Daha sonra “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsinin nəticələri haqqında film təqdim olunub.

Təqdimatdan sonra “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsinin qalibləri, layihə rəhbərləri icra olunmuş layihələrlə bağlı jurnalistlərin suallarını cavablandırıblar.

Suallardan sonra Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və Kommunikasiya şöbəsinin müdiri Pərvin Məmmədova layihə qaliblərinin Qarabağ Dirçəliş Fonduna ianə etmələrini müsbət hal kimi qiymətləndirərək bildirib ki, bu təşəbbüsün dəstəklənməsi, həyata keçirilməsi doğma Qarabağımızın yenidən bərpasına xidmət edəcək. "İnanıram ki, vətəndaş cəmiyyətinin nümayəndələri bu prosesdə yaxından iştirak etməklə Qarabağımızın bərpası prosesinə öz töhfələrini verəcək", - deyə Pərvin Məmmədova vurğulayıb.

Daha sonra QHT-lərə Dövlət Dəstəyi Agentliyinə Qarabağ Dirçəliş Fondu tərəfindən ianə sertifikatı təqdim olunub.

Mətbuat konfransına şəhid övladlarının ifasında “Qəhrəman övladıyıq” kompozisiyası ilə yekun vurulub.

 

Əlil Təşkilatları İttifaqı

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 702 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”