17 İyun 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
24/1/2023 Birgə Komissiyanın həmsədrləri Azərbaycan və Macarıstanın ikitərəfli əməkdaşlıq gündəliyini müzakirə etdilər


Birgə Komissiyanın həmsədrləri Azərbaycan və Macarıstanın

ikitərəfli əməkdaşlıq gündəliyini müzakirə etdilər

 

Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun videoformatda görüşü olub.

 

S.Babayev Azərbaycanla Macarıstanın əlaqələrinin daim genişlənməkdə olduğunu, iki ölkənin dövlət başçılarının qəbul etdiyi “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin əlaqələrin inkişafına və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə imkan verdiyini qeyd edib.  

 

Azərbaycanda Macarıstan şirkətlərinin uğurlu fəaliyyəti qeyd olunub, Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə aparılan böyük quruculuq işlərində də macar şirkətlərinin iştiraka maraq göstərmələrindən məmnunluq ifadə edilib.

 

P.Siyarto ölkəsinin Azərbaycanla dost münasibətləri, strateji tərəfdaşlıq əsasında əlaqələrinin daim uğurla inkişaf etdiyini, qarşıdakı dövrdə də bu əlaqələrin genişlənməkdə davam edəcəyinə əminliyini bildirib.

 

Görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub. İqtisadi əməkdaşlığın gələcək istiqamətlərinə, enerji sahəsində əməkdaşlığın davam etdirilməsi və daha da genişləndirilməsinə, ikitərəfli və tranzit yük axınının həcminin artırılmasına, kənd təsərrüfatı, təhsil, informasiya texnologiyaları və s. sahələrdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

 

İki ölkə arasında bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğu bildirilib. Ticarət və investisiya, qeyri-neft mallarının ixracı məsələləri, iki ölkənin biznes birlikləri arasında əlaqələrin və qarşılıqlı investisiya qoyuluşlarının həcminin artırılması imkanları müzakirə olunub. Azərbaycan və macar iş adamları arasında ikitərəfli işgüzar əlaqələrin, hər iki ölkədə təşkil olunan biznes forumların davam etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın fəaliyyətindən və ötən ilin fevralında Bakıda keçirilən 8-ci iclasının yekunlarından, Komissiyanın növbəti iclasına hazırlıq işlərindən bəhs olunub.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 397 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”