XƏBƏRLƏR




- 15/12/2022 “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsinin icrası sona çatmışdır.
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
“Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsinin icrası sona çatmışdır.
Əlil Təşkilatları İttifaqının “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022 - ci il “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qaliblərindən biri olmuşdur. Layihənin əsas məqsədi Şuşada və işğal olunmuş ərazilərdə tikinti və bərpa işləri zamanı əlçatan, müyəssər ətraf mühitin yaradılmasına dəstək verməklə əlilliyi olan və hərəkət məhdudiyyətli şəxslərin sərbəst hərəkətinə yardım etmək olmuşdur.
Məqsədə nail olmaq üçün aşağıdakı fəaliyyətlər həyata keçirilmişdir:
- Şuşada fəaliyyət göstərən tikinti, ictimai iaşə, xidmət qurumlarının siyahısı müəyyən olunmuş, onlara layihə və onun məqsədi barədə məlumat verililmişdir.
- Şuşa şəhərində Xarıbülbül otelində Şuşada fəaliyyət göstərən qurumların nümayəndələri üçün “Əlilliyin dərki, universal dizayn və müyəssərlik” mövzusunda yarımgünlük bir təlim-seminar keçirilmişdir. İştirakçı sayı 14 nəfər.
- 11 obyektin (Cıdır düzü, Şuşa qalası, Vaqif məqbərəsi, Bülbülün ev muzeyi, Güllələnmiş heykəllər meydanı, İnzibati binanın qarşısı, Qoçət ictimai iaşə obyekti və ətraf ərazi, 2 market, mərkəzi küçələr) müyəssərliyi üzrə monitorinq aparılmış, hesabat və təkliflər hazırlanmışdır.
- 5 yerdə (Cıdır düzü: parking yeri və giriş, Qoçət: parking yeri və çıxış, SOCAR yanacaqdoldurma stansiyası ilə üzbəüz ərazidə: Modul və ramp) müyəssərlik işləri görülmüşdür.
- Bir ədəd müyəssərlik qaydalarına cavab verən kombinə olunmuş modul tipli duş və sanitariya qovşağı Bakıda hazırlanaraq Şuşaya aparılmış və quraşdırılmışdır. Modulun qarşısında ramp quraşdırılmışdır. Magistral yolun kənarında 2 yerdə Modulun yeri barədə məlumatlandırıcı yol işarələri qoyulmuşdur.
- Layihə fəaliyyətlərini, təklifləri, nəticələri və təlimatları özündə əks etdirən 500 tirajla broşura çap olunmuşdur.
- Fəaliyyətlər barədə mütəmadi press relizlər hazırlanmış və KİV-lərə məlumatlar göndərilərək dərc olunmuşdur. Məlumatlar Fasebook, Tviter, Linkedin sosial şəbəkələrində, 12 məlumat-informasiya saytında yerləşdirilmişdir.
- Layihənin icrası zamanı Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi, Suşa Şəhər Dövlət Qoruğu Idarəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş Idarəsi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, “Universal Dizayn” əlillik adaptasiya avadanlıqları MMC ilə müəmadi əməkdaşlıq olunmuşdur.
- Yekun təsviri və maliyyə hesabatı hazırlanmışdır.
Davamlılığın təmin edilməsi məqsədi ilə aparılmış monitoriqlər əsasında hazırlanmış təkliflərin qəbul və icra olunması istiqamətində müvafiq qurumlarla əməkdaşlıq davam etdiriləcək, bu fəaliyyətlərin işğaldan azad olunmuş digər ərazilərdə tətbiq olunmasına nail olunmasına çalışılacaqdır.
Əlil Təşkilatları İttifaqı
MX
Bu xəbər 648 dəfə oxunub
























1.jpg)






































