19 İyun 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
18/10/2022 "Əhalinin həssas qruplarından olan sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə innovativ dərnəklərin yaradılması” layihəsi


"Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.09.2022-ci il tarixindən "Əhalinin həssas qruplarından olan sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə innovativ dərnəklərin yaradılması” layihəsini icra edir.Müxtəlif xəstəliklərdən əziyyət çəkən 20-dən artıq uşaq və yeniyetmə rəsm üzrə dərnəklərə cəlb olunmuşlar. Dərnəklərdə onların maraq və bacarıqlarının, intellektual səviyyələrinin və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi uğurla aparılır.Dərnəklər təsviri incəsənətin (rəngkarlıq, qrafika və s.) və tətbiqi incəsənətin(aplikasiya,ebru və s.) bölmələrini əhatə edir.Müasir dövrümüzdə  incəsənətin müalicə üsulu olan ebru sənəti dərnəklərdə uğurla tətbiq olunur.Su üzərində rəsm çəkmə sənəti olan ebru incəsənətin maraqlı növlərindəndir. Ebru sənəti tamamilə təbii materiallar əsasında, su üzərində aparılır. Bu sənət növü, xüsusilə də sağlamlıq imkanları məhdud uşaqlarda özgüvəni artırır, diqqət dağınıqlığını aradan qaldırır, beyni dincəldir, pozitiv enerji verir. Bir sözlə, bu insanlar  üçün hər cəhətdən faydalıdır.Uşaqların  xəstəlik dərəcəsindən asılı olmayaraq hər biri bu dərnəklərə cəlb onunur.Təlimlər layihəyə cəlb olunmuş mütəxəssis Ebru sənəti üzrə master klass rəssam Əfsanə Xudiyeva  tərəfindən aparılır.Təlimlərdə Əfsanə xanım valideynlərə ebru sənəti haqda geniş məlumatlar verir.Təlimlərdən razı qalan valideynlər daim diqqət və qayğıya görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstək Agentliyinə dərin təşəkkürlərini bildirirlər.

Ebru sənəti haqqında məlumat

Ebru sənəti rəssamlığın bir sahəsidir.Ebru xüsusi  hazırlanmış boyalarla yaradılmış naxışların dəniz yosunu qatılaşdırılaraq su üzərində keçilməsi  ilə hazırlanmış omament sənətidir.Fırçalar və boyalar xüsusidir.Ebru boyası- torpaq boya deyilən təbiətdəki rəngli qaya və mədənlərdən alınan rənglər və suda həll olunmayan bitkilərdən alınan boyalardan ibarətdir.Üzərinə boya səpilən suyun isə dəniz kadayfından və yosundan hazırlandığı məlumdur.Ən əsası suyun üzərində boyanın qalması üçün öküz ödü istifadə edilir.Ebru sənətinin yığıldığı qaba təknə deyilir.Ebru sənətində əsas sayılan fırçalar isə qoca atın quyruğu və bu quyruqların bərkidildiyi  arxa qızılgülün budaqlarından hazırlanır.Köməkçi alətimiz ebrunun hazırlanmasında “tarak”dır.Su üzərinə atılmış damlalara forma vermək üçün biz alətindən  istifadə olunur.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 510 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”