XƏBƏRLƏR




- 13/10/2022 “Hamı üçün müyəssər Şuşa şəhəri”
“Şuşa ili” çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Əlil Təşkilatları İttifaqı “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsinin icrası davam edir.
Əlil Təşkilatları İttifaqının “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022 - ci il “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qaliblərindən biri olmuşdur. Layihənin əsas məqsədi Şuşada və işğal olunmuş ərazilərdə tikinti və bərpa işləri zamanı əlçatan, müyəssər ətraf mühitin yaradılmasına dəstək verməklə əlilliyi olan və hərəkət məhdudiyyətli şəxslərin sərbəst hərəkətinə yardım etməkdir.
Fəaliyyət planına uyğun olaraq Şuşa şəhərində Qarabag otelində Şuşa şəhərində fəaliyyət göstərən dövlət, xidmət, şirkət nümayəndələri və işğaldan azad olunmuş ərazilərin nümayəndələri üçün “Əlilliyin dərki, Universal Dizayn və Müyəssərlik” mövzularında seminar-təlimləri keçirilmişdir.
Tədbir iştirakçılarına mövzu üzrə məlumatlar verilmiş, müzakirə aparılmış, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmiş, təkliflər dinlənilmişdir.
Şuşaya səfər çərçivəsində Şuşada turizm obyektlərində, infrastruktur sahələrində, layihələndirilən və tikinti-bərpa obyektlərində monitorinqlər aparılmış, işləri həyata keçirən şirkətlərin nümayəndələri ilə görüş keçirilmişdir. Bunların əsasında təkliflər hazırlanaraq aidiyatı üzrə təqdim olunacaqdır.
Məqsədimiz ŞUŞA şəhərinin və işğaldan azad olunmuş ərazilərin hamı üçün müyəssər və əlçatan olmasına dəstək verməkdir. Hazırda layihənin növbəri fəaliyyətlərinin yerinə yetirilməsi həyata keçirilir.
Əlil Təşkilatları İttifaqı
Mətbuat Xidməti
Bu xəbər 606 dəfə oxunub
























1.jpg)






































