19 İyun 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
13/9/2022 Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Daşkəsən, Kəlbəcər və Laçın rayonları istiqamətlərində genişmiqyaslı təxribatı ilə əlaqədar B Ə Y A N A T I


Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Daşkəsən, Kəlbəcər və Laçın rayonları istiqamətlərində genişmiqyaslı təxribatı ilə əlaqədar

 

B Ə Y A N A T I

Sentyabrın 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhəddinin Daşkəsən, Kəlbəcər və Laçın rayonları istiqamətlərində genişmiqyaslı təxribat törətmişdirlər. Törədilmiş təxribat, xidməti vəzifələrini yerinə yetirən Azərbaycanın hərbi qulluqçuları arasında çoxsaylı itgilərə səbəb olmuşdur.

Bu, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın, Azərbaycan və Ermənistanın dövlət başçıları ilə Avropa İttifaqının yüksək vəzifəli nümayəndələri arasında aparılan danışıqların şərtlərinin kobud şəkildə pozulmasıdır.

Azərbaycan 44-günlük müharibədən sonra işğala son qoyulmasından sonra bölgədə sülhün yaradılması, ərazilərin minalardan təmizlənməsi, dağıdılmış ərazilərin bərpası və məcburi köçkünlərin öz doğma ərazilərinə qayıdışının təmin olunması istiqamətində  genişmiqyaslı fəaliyyətlər həyata keçirtməyə başlamışdır.

Lakin Ermənistan dövlət səviyyəsində terroru dəstəkləyərək bölgədə beynəlxalq hüquq normaları çərçivəsində təşəbbüslərin əksinə olaraq diversiya qrupları yaradaraq Azərbaycanın Ermənistanla sərhədində növbəti dəfə mənfur niyyətlərini bir daha göstərdi.

Biz, bu bəyanatı dəstəkləyən Azərbaycanın əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilataları, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlara müraciət edərək bölgədə sülhün, sabitliyin qorunmasına, quruculuq - bərpa işlərinin görülməsinə, 30 illik həsrətdən sonra məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmalarına mane olmaq cəhdləri göstərən Ermənistanın təxribat-diversiya hərəkətlərini qəti şəkildə pisləməyə və gələcəkdə belə halların təkrarlanmasının qarşısının alınmasına çağırırıq.      

Hörmətlə,

Davud RƏHİMLİ  

Əlil Təşkilatları İttifaqının (ƏTİ)

Prezidenti

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 703 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”