XƏBƏRLƏR




- 28/4/2022 Şəhid Vüsal Teymurovun ailəsi ziyarət olunub
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Şəhid Vüsal Teymurovun ailəsi ziyarət olunub
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Vətən müharibəsinin şəhidi Teymurov Vüsal Zakir oğlunun ailəsini Ramazan bayramı ərəfəsində ziyarət edib.
V.Teymurov 44 günlük Vətən müharibəsində şərəfli döyüş yolu keçib və Şuşa istiqamətində gedən döyüşdə şəhid olub. Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin ailəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni 3 otaqlı mənzillə təmin edilib. Ailəyə sığorta ödənişi, maddi yardım verilib, Prezidentin aylıq təqaüdü təyin olunub. Şəhidin anasının məşğulluğu təmin edilib. Şəhidin atası isə pensiyaçıdır.
Ailə ilə görüş zamanı şəhid V.Teymurovun döyüş yolundan bəhs olunub. Şəhid olmuş qəhrəmanlarımızın, həmçinin şəhid V.Teymurovun xatirəsinin həmişə ürəklərdə yaşayacağı vurğulanıb.
Şəhid ailəsinin sosial vəziyyəti öyrənilib. Nazir müavini ailənin yaşayışının bundan sonra da daim diqqətdə saxlanacağını bildirib.
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 613 dəfə oxunub
























1.jpg)






































