XƏBƏRLƏR




- 15/4/2022 Peşə hazırlığı təşkil edilən peşə və ixtisasların sayı 127-dən 175-ə çatdırılıb
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Peşə hazırlığı təşkil edilən peşə və ixtisasların sayı
127-dən 175-ə çatdırılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün təşkil edilən hazırlıq kurslarının əhatə etdiyi peşə-ixtisas sahələri sırasına əmək bazarında aktual olan daha 50-yə yaxın sahə əlavə edilib.
Beləliklə, peşə tədrisi həyata keçirilən peşə-ixtisas sahələrinin sayı 127-dən 175-ə çatdırılıb.
Əmək bazarının təhlili əsasında formalaşan yeni aktual peşə və ixtisasların siyahısına İKT sahəsi, nəqliyyat logistika, kənd təsərrüfatı, istehsal, sənaye, rabitə və digər sahələr daxildir.
Peşə hazırlığına cəlb olunmaq istəyən şəxslər yaşadıqları ərazi üzrə Regional Məşğulluq Filiallarına və ya “DOST” Mərkəzlərinə yaxınlaşmaqla qeydiyyatdan keçə bilərlər.
Eyni zamanda, elektron qaydada https://dma.gov.az/vetendaslar-ucun-muraciet-formasi
linki vasitəsilə də peşə hazırlığına müraciət etmək mümkündür.
Peşə hazırlığına cəlb olunmuş işsiz şəxslərə təhsil aldıqları dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilir.
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 864 dəfə oxunub
























1.jpg)






































