15 İyun 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
11/4/2022 Şəhid ailələri və müharibə əlillərinin mənzil təminatının genişləndirilməsində növbəti mühüm addım:


Şəhid ailələri və müharibə əlillərinin mənzil təminatının
genişləndirilməsində növbəti mühüm addım:

Keçmiş məcburi köçkünlər üçün tikilmiş və istifadəsiz mənzillərin satışından əldə olunan vəsait şəhid ailələri, müharibə əlillərinin mənzil və fərdi evlə təminatına yönəldiləcək

Prezident bununla bağlı Qaydanı təsdiq etdi

 

Prezident İlham Əliyev 2022-ci il 11 aprel tarixli Fərmanla “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası”nı təsdiq edib.

Qayda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi ilə Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Хocəsən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalarda yerləşən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə qaydasını müəyyən edir.

Qeyd ediilən mənzillərin satışından əldə olunan vəsait digər bölgələr üzrə şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatına yönəldiləcək, onların mənzillə təminatı proqramı daha da genişləndiriləcək.

Qaydaya əsasən, Nazirlik həmin binalardan satışı nəzərdə tutulan mənzillərin sayını müəyyən edəcək və bu barədə məlumatı rəsmi internet saytında ictimaiyyətə açıqlayacaq.

Satışa çıxarılan mənzillər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınacaq. Mənzillərin bazar dəyərini müstəqil qiymətləndirici müəyyən edəcək. Satış elanı verildiyi tarixdən 1 il müddətində satılmayan mənzillər yenidən qiymətləndiriləcək.

Mənzillərin satışı Nazirliyin saytı vasitəsilə onlayn qaydada, yaxud hərrac vasitəsilə həyata keçiriləcək. Onlayn qaydada satış zamanı Nazirliyin saytı vasitəsilə mənzilləri əldə etmək istəyən hüquqi və fiziki şəxslərin qeydiyyatı və onların elektron kabinetlərində mənzillərin satışı ilə bağlı bildirişlərin yerləşdirilməsi və onlara satışa çıxarılan mənzillərə dair məlumatlarla tanış olmaq imkanının yaradılması, mənzil seçiminin həyata keçirilməsi təmin ediləcək.

Satışa hazırlıq məqsədilə Nazirlik mənzillərə dair məlumatları (mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binasının ünvanı, mərtəbələrin sayı, mənzilin yerləşdiyi mərtəbə, mənzilin nömrəsi, mənzilin ümumi sahəsi, mənzildəki otaqların sayı, mənzilin təmir vəziyyəti, təmirin aparıldığı vaxt) hazırlayıb satış qiymətini müəyyən edəcək. Mediada və rəsmi internet saytında satışın başlanması tarixinə azı 15 gün qalmış satış elanı veriləcək.

Mənzillərin satışı Nazirliyin saytı vasitəsilə onlayn qaydada həyata keçirildikdə, satış başlandığı andan mənzili ilk seçmiş şəxs seçdiyi mənzili almaq hüququ qazanır və həmin mənzili digər şəxslərin seçmək imkanı məhdudlaşdırılacaq. Mənzilin seçildiyi vaxtdan etibarən 10 gün müddətində alqı-satqı müqaviləsinin bağlanılması zərurəti barədə dərhal məlumat yerləşdiriləcək.

Mənzili seçən şəxslə Nazirlik arasında mənzilin seçimi başa çatdıqdan sonra 10 gün müddətində notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanılacaq.

Mənzilllərin hərrac vasitəsilə satışı qaydasını isə Nazirlər Kabineti dövlət başçısı ilə razılaşdırmaqla üç ay müddətində təsdiq edəcək.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 898 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”