15 İyun 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
29/3/2022 Birləşmiş Ərəb Əmirlikləri ilə sosial sahədə gələcək əməkdaşlıq müzakirə olunub


Birləşmiş Ərəb Əmirlikləri ilə sosial sahədə gələcək

əməkdaşlıq müzakirə olunub

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İcma İnkişafı Nazirliyi arasında ikitərəfli əməkdaşlığın qurulması üçün geniş imkanlar mövcuddur.

Bu fikir BƏƏ-nin Dubay şəhərində keçirilən VIII Dünya Hökumətləri Sammiti çərçivəsində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə BƏƏ-nin icma inkişafı üzrə naziri xanım Hessa Bint Essa Buhumaidin görüşündə vurğulanıb.

Azərbaycanla BƏƏ arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan S.Babayev siyasi, iqtisadi və digər sahələrdə, o cümlədən bərpa olunan enerji istehsalı sahəsində uğurlu əməkdaşlıq təcrübəsiniin mövcud olduğunu diqqətə çatdırıb.

Xanım H.B.E.Buhumaidin 2019-cu ilin iyun ayında Azərbaycana etdiyi səfəri məmnunluqla qeyd edən nazir ölkəmizdə sosial sahədə aparılan islahatlar, sosial təminat sisteminin innovativ yanaşmalar, müasir və şəffaf iş mexanizmləri əsasında təkmilləşdirilməsi işləri barədə məlumat verib.

Dövlət sosial xidmətlərinin  əhaliyə “bir pəncərə”dən, operativ, şəffaf və vətəndaş məmnunluğuna uyğun təqdim edilməsinə imkan verən DOST layihəsini, həmçinin nazirliyin e-infrastruktur üzərindən proaktiv xidmətlərin qurulması təcrübəsini qeyd edib.

Əmək, məşğulluq, sosial müdafiə sahələrində tətbiq olunan innovativ yeniliklərdən, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi işlərindən də bəhs edib.

Xanım H.B.E.Buhumaid ölkəsinin Azərbaycanla dostluq münasibətləri üzərində ikitərəfli əlaqələrinin daim inkişaf etdiyini vurğulayıb. Sosial sahədə də qarşılıqlı fayda verən uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdırılmasının məqsədəuyğun ola biləcəyini qeyd edib.

Görüşdə iki nazirlik arasında ikitərəfli əməkdaşlığın qurulması,  həmçinin bu əməkdaşlıq üçün müqavilə hüquq bazasının yaradılması imkanları  müzakirə olunub.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 911 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”