15 İyun 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
9/3/2022 Gənc Mühasiblər İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə layihə həyata keçirilir.


Gənc Mühasiblər İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə layihə həyata keçirilir.

 

Gənc Mühasiblər İctimai Birliyinin “Kiçik və Orta Sahibkarlıq mühasibləri üçün Peşəkar Mühasib Sertifikatı ilə bağlı maarifləndirici tədbirlərin təşkili” layihəsinin icrasına başlanılıb. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

2018-ci ildə "Mühasibat uçotu haqqında" Qanunda edilmiş dəyişikliklərlə dilimizə "peşəkar mühasib anlayışı" gətirildi: Peşəkar mühasib "Peşəkar mühasib" sertifikatına (PMS) və Peşəkar Mühasib Təşkilatına (PMT) üzv olan şəxsdir. Kiçik və orta sahibkarlıq subyektləri, büdcə təşkilatları, bir sıra ictimai əhəmiyyətli qurumlar və maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasiblərinin qarşısına 2021-ci il dekabrın 31-dən mərhələli şəkildə peşəkar mühasib olmaq şərti qoyulub. “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının təsdiq olunmasına baxmayaraq, hələdə bu sahədə müəyyən problemlər mövcuddur. Dünya təcrübəsində olduğu kimi Azərbaycanda da dövlət və özəl sektorların peşəkar mühasiblərə ehtiyacı vardır. Azərbaycanda bir çox universitet bu ixtisası tədris edir, lakin təcrübə baxımından ixtisas üzrə lazımi bilik və bacarıqları təmin edə bilmirlər.  “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarına əsasən Peşəkar mühasib sertifikatının (PMS) verilməsi prosesinin təşkili və imtahanların keçirilməsi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilir. İB-in əsas məqsədi qanunun icrasının həyata keçirilməsinə töhvə verməkdir.

Belə ki, layihənin məqsədi ölkənin peşəkar kadr ehtiyatının gücləndirilməsi və imtahana hazırlıq səviyyəsininin artırılmasına dəstək olmaq məqsədilə bu sahədə fəaliyyət göstərən mühasiblərin bilik və bacarıqlarının inkişaf etdirilməsi ibarətdir. Layihə çərçivəsində Bakı və Gəncə şəhərlərində (özəl sektor nümayəndələri) mühasiblərinin və mütəxəssislərin iştirakı ilə peşəkar mühasib sertifikatının əldə edilməsi prosesinin təşkili, PMS-in əhəmiyyəti, PMS almağın üstünlükləri, imtahanların keçirilməsi və mövzu ilə bağlı iştirakçıları maraqlandıran digər məsələlərin müzakirə edilməsi məqsədilə hər bir şəhərdə 2 seminar və yekunda Bakı şəhərində dəyirmi masa keçiriləcək, PMS ilə bağlı maarifləndirici buklet hazırlanacaq və paylanılacaq.

Layihə çərçivəsində DİM - ilə əməkdaşlıq ediləcək. Əməkdaşlıq çərçivəsində DİM-lə memorandum imzalanması nəzərdə tutulur. Bu memoranduma əsasən keçirilən imtahan suallarına dair müəyyən təkliflər veriləcək. Layihə çərçivəsində həyata keçiriləcək dəyirmi masa və seminarlarda KOS mühasibləri və ekspertlər iştirak edəcək. Müzakirələr zamanı bu sahədə mövcud problemlərin aşkar edilərək əldə edilən təkliflər DİM-ə təqdim olunacaq. Bu da mühasiblər üçün PMS imtahanlarını daha aktual və əlçatan edəcək.  

Layihənin nəticəsi olaraq Layihə nəticəsində mühasiblər arasında rəqabət güclənəcəkdir. Bu da daha çox mühasibləri “peşəkar” statusu əldə etməyə sövq edəcəkdir. Bununla da müəssisələrin peşəkar mühasib axtarmaq problemləri azalacaq, əmək bazarında canlanmaya da müsbət təsir edəcəkdir. Mühasiblərin imtahana hazırlıq səviyyəsi artacaqdır.

Layihə 1 fevral 2022-ci il tarixindən 1 may 2022-ci il tarixinə qədər müddəti əhatə edir.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 714 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”