09 Noyabr 2025-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
10/1/2022 DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində müxtəlif yaradıcılıq növlərində təlim kursları təşkil olunur


DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində müxtəlif yaradıcılıq

növlərində təlim kursları təşkil olunur

Mərkəzdə təlim keçənlərə özünüməşğulluq proqramı

çərçivəsində də dəstək veriləcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təlim keçən, burada müxtəlif yaradıcılıq sahələri üzrə bilik və bacarıqlarını inkişaf etdirən şəxslərə öz bacarıqları üzrə  kiçik biznes sahələri qurmaları üçün özünüməşğulluq proqramı çərçivəsində dəstək veriləcək. Həmin şəxslərdən peşəkar bacarıqlara malik 50-dək şəxsin bu il proqrama cəlb edilərək aktivlərlə təmin olunması nəzərdə tutulur.

Mərkəzin gələcək fəaliyyət istiqamətlərinə həsr olunmuş iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ötən ilin oktyabr ayında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə Bakıda açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əhəmiyyətini vurğulayıb. O, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan bu Mərkəzin əlilliyi olan şəxslər və digər həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi və cəmiyyətə təqdim edilməsində mühüm önəmini vurğulayıb.

İclasda qeyd edilib ki, 121 nəfərlik auditoriumdan, 9 müxtəlif peşə-yaradıcılıq otağı və studiyasından, kitabxanadan, inzibati otaqlardan, yeməkxanadan ibarət olan mərkəzdə   əlilliyi olan və digər həssas qruplara aid şəxslər üçün müxtəlif yaradıcılıq növlərində təlim kursları təşkil olunur.

Bu günlərdə burada uşaq psixoloqları, sosial işçilər, surdoloqlar, psixo-pedaqoqlar üçün peşəkar təlim kurslarına da başlanıb. Mərkəzdə böyüklər və uşaqlar üçün multidissiplinar qrupların yaradılması işləri də aparılır. Həmçinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində mövcud yaradıcılıq sahələrindən əlavə, yeni bacarıq sahələri (DJ, İT və s.) üzrə təlim qruplarının yaradılması da nəzərdə tutulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “MTV Azərbaycan”ın birgə təşəbbüsü olan “Bərabərik” layihəsinin mərkəzdə yeni mövsümləri keçiriləcək.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış-sərgilər də təşkil edəcək, inklüziv teatrlarla birgə tamaşalar hazırlanacaq, rəqs qrupu yaradılacaq. Mərkəzin əsas hədəflərindən biri də əlilliyi olan şəxslərin əl işlərinin onlayn müstəvidə sərgi satış platformasının qurulmasıdır və yaxın vaxtlarda bu istiqamətdə işlər aparılacaq.

 

Əlil Təşkilatları İttifaqı

 

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 687 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”