XƏBƏRLƏR




- 25/9/2021 Dövlət uşaq müəssisələrinin məzunlarından daha bir qrupuna mənzillər verildi
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Dövlət uşaq müəssisələrinin məzunlarından
daha bir qrupuna mənzillər verildi
Son günlər bu kateqoriyadan olan 70 şəxs mənzillə təmin olunub
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum şəxslərdən daha bir qrupu Abşeron rayonunda mənzillərlə təmin edilib. Ümumən son günlər bu kateqoriyadan olan 70 şəxs mənzillə təmin olunub.
Məzunlara yeni mənzillərin açarlarını təqdim edən Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Faiq Ağayev Prezident İlham Əliyevin həssas əhali qruplarına, o cümlədən dövlət uşaq müəssisələri məzunlarına xüsusi qayğısı nəticəsində həmin insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib.
Qeyd edilib ki, bu kateqoriyadan olan insanların mənzillə təminatı sahəsində də ölkəmizdə mühüm işlər aparılır. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olaraq və Heydər Əliyev Fondunun mühüm sosial layihələrindən biri kimi son illərdə Abşeron rayonunda çoxmənzilli yaşayış binaları inşa etdirilərək dövlət uşaq müəssisələri məzunlarının istifadəsinə verilib. Sosial Xidmətlər Agentliyinin “Məzun evi” sosial müəssisəsi kimi fəaliyyət göstərən həmin yaşayış binalarında 365 məzun mənzillə təmin olunub. Müəssisədə onlara sosial məsləhət, sosial-hüquqi və s. xidmətlər də göstərilir.
Son günlərdə dövlət uşaq müəssisələri məzunlarından artıq 70 nəfərinə Abşeron rayonundakı yeni yaşayış binalarından mənzillər verilməsi şəhid ailələri və müharibə əlilləri ilə yanaşı, həssas qruplardan olan digər şəxslərin də mənzillə təminatı işlərinin uğurla davam etdirildiyini göstərir. Bütün bu tədbirlər ölkəmizdə aparılan sosial siyasətin ildən-ilə gücləndirildiyini, eyni zamanda bu siyasətin humanist yanaşmalara əsaslandığını göstərir.
Yeni mənzillə təmin olunan dövlət uşaq müəssisələri məzunları həmişə diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Bu xəbər 1105 dəfə oxunub
























1.jpg)






































