15 İyun 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
7/9/2021 “Tokio-2020” Paralimpiya Oyunlarında iştirak edən idmançılarımızdan sonuncu qrupu Vətənə qayıdıb


“Tokio-2020” Paralimpiya Oyunlarında iştirak edən idmançılarımızdan

sonuncu qrupu Vətənə qayıdıb

Tokioda (Yaponiya) keçirilən XVI Yay Paralimpiya Oyunlarında iştirak edən idmançılarımızdan sonuncu qrupu bu gün Vətənə qayıdıb. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında paralimpiyaçılarımızın qarşılanma mərasimi olub.

İdmançıları əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və Komitənin vitse-prezidenti, “Tokio-2020” Paralimpiya Oyunlarında bürünc medal qazanan, Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, paracüdo üzrə ikiqat Paralimpiya, ikiqat dünya və yeddiqat Avropa çempionu İlham Zəkiyev, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, həmçinin ictimaiyyət nümayəndələri qarşılayıblar.

A.Kərimov bildirib ki, “Tokio-2020” Paralimpiya Oyunlarında paralimpiyamız 14-ü qızıl, 1-i gümüş və 4-ü bürünc olmaqla 19 medal qazandı. Azərbaycan “Tokio-2020” Paralimpiya Oyunlarını 10-cu pillədə başa vurdu. Bu, paralimpiyamızın böyük qələbəsi, tarixi rekorda imza atması  deməkdir.

Nazir müavini Prezident İlham Əliyevin paralimpiyanın inkişafına qayğısından bəhs edib. A.Kərimov 2008-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Sumqayıt şəhərində MDB məkanında ilk dəfə olaraq beynəlxalq standartlara uyğun Paralimpiya İdman Kompleksinin açılışının olduğunu qeyd edib.  

O bildirib ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən bu kompleks paralimpiyaçıların yüksək səviyyədə təlim-məşq prosesi keçməsində mühüm rol oynayır.

Nazir müavini diqqətə çatdırıb ki, dövlət başçısının tapşırığına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin idmana aktiv şəkildə cəlb edilməsi üçün geniş miqyaslı işlər aparılmaqla, Milli Paralimpiya Komitəsinə illik əsasda maliyyə dəstəyi də ayrılır. Son üç ildə bu vəsaitin məbləği 2 dəfə artırılaraq 2,2 milyon manatı ötüb. Paralimpiyanın inkişafına göstərilən dövlət dəstəyi bu sahədə mühüm nailiyyətlərlə nəticələnir. Əgər əvvəlki 6 Yay Paralimpiya Oyunlarında milli paralimpiya komandamız cəmi 9 qızıl medal qazanmışdısa, tək Tokio Paralimpiya Oyunlarında 14 qızıl medal qazanıb. Bu, böyük tarixi uğurdur və Azərbaycanın “Tokio-2020” Paralimpiya Oyunlarında qələbələri ilə hər birimiz qürur duyuruq.

Vətənə qayıdan paralimpiyaçılar Tokio Paralimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrlə bağlı sevinc hisslərini bölüşüblər. Azərbaycanı uğurla təmsil etdiklərinə, möhtəşəm qələbələr qazandıqlarına görə iftixar hissi keçirdiklərini vurğulayıblar.

 

Əlil Təşkilatları İttifaqı

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 851 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”