XƏBƏRLƏR




- 10/8/2021 Bu il əlilliyi olan şəxslərə 700-ə yaxın mühərrikli təkərli oturacaq verilib
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Bu il əlilliyi olan şəxslərə 700-ə yaxın mühərrikli təkərli oturacaq verilib
Cari ilin ötən dövründə ümumilikdə 1600-dən çox əlilliyi olan şəxs
təkərli oturacaqla təmin olunub
Cari ilin mart ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizdə ilk dəfə olaraq əlilliyi olan şəxslərə mühərrikli təkərli oturacaqların verilməsinə başlanıb. Ötən dövrdə artıq 700-ə yaxın mühərrikli təkərli oturacaq bu kateqoriyadan olan şəxslərə, o cümlədən müharibə əlillərinə təqdim edilib.
Mühərrikli təkərli oturacaqlar Türkiyənin “Wollex” sirkəti tərəfindən istehsal olunub. Əlilliyi olan şəxslərə sərbəst hərəkət imkanı verən bu oturacaqlar mühərrik əsasında işləyir, jostiklə idarə edilirlər. Jostik üzərində istifadəçinin rahatlığı üçün sükan qolu, səsli xəbərdarlıq və beşpilləli sürət səviyyəsini tənzimləyən düymələr yerləşir. 12 dərəcəli eniş zamanı hərəkət edə bilən bu təkərli oturacaqlar enerji ilə tam təmin olunduqda 20 km məsafə qət edirlər.
Eyni zamanda, bu il Nazirlik tərəfindən əlilliyi olan şəxslərə 933 mexaniki təkərli oturacaq da verilib. Beləliklə, cari ilin ötən dövründə həmin kateqoriyadan olan ümumilikdə 1600-dən çox şəxs təkərli oturacaqla təmin olunub.
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 1148 dəfə oxunub
























1.jpg)






































