XƏBƏRLƏR




- 4/8/2021 “Hamı üçün layiqli iş”
“Hamı üçün layiqli iş”
“UNIVERSAL DIZAYN” Müyəssərlik və Əlillik Adaptasiya Avadanlıqları MMC, Azərbaycan Əlil Təşkilatları İttifaqı (ƏTİ) ilə əməkdaşlıqla Finlandiya Xarici İşlər Nazitliyinin maliyyə dəstəyi ilə Azərbaycanda əlilliyi olan şəxslər üçün bərabər məşğulluq imkanlarının və işəgötürən təşkilatlarda onlar üçün inklüziv iş mühitinn yaradılmasının təşviqinə dair “Hamı üçün layiqli iş” layihəsini həyata keçirir.
Layihənin məqsədi əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək olmaqdır. Layihə çərçivəsində əlilliyi olan şəxslərin əmək bazarına çıxışlarının asanlaşdırılmasına dəstək olmaq üçün araşdırma, iş elanı resurslarının əlçatanlığı, biznes strukturlarının inklüziv iş yerlərinin yaradılmasına təşviqi, əlilliyi olan şəxslərə əmək bazarına çıxış qaydaları, marrifləndirmə və beynəlxalq qarşılıqlı təcrübə mübadiləsi fəaliyyətlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Fəaliyyətlər əsasən Bakı, Sumqayıt və Qəbələdə nəzərdə tutulmuşdur.
Əlil Təşkilatları İttifaqı
Mətbuat Xidməti
Bu xəbər 868 dəfə oxunub
























1.jpg)






































