XƏBƏRLƏR




- 2/7/2021 Postmüharibə dövründə 929 qaziyə 6200-dək reabilitasiya vasitəsi verilib
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
Postmüharibə dövründə 929 qaziyə 6200-dək reabilitasiya vasitəsi verilib
O cümlədən, 82 qazi yüksək texnologiyalı 83 protezlə təmin olunub
Postmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial dəstək tədbirləri çərçivəsində 929 müharibə əlilinə 6200-dək reabilitasiya vasitəsi verilib. Həmçinin, Vətən müharibəsində yaralanaraq aşağı ətrafları amputasiya olunmuş qazilərimizdən 82 hərbçi yüksək texnologiyalı 83 protezlə təmin olunub. Yuxarı ətrafı amputasiya olunmuş qazilərimizin də yüksək texnologiyalı protezlərlə təminatı üçün işlərə başlanıb.
Bu ilin mart ayından əlilliyi olan şəxslərin mühərrikli təkərli oturacaqla təminatına başlanıb. Əlilliyi olan şəxslərə 500-ə yaxın mühərrikli təkərli oturacaq verilib ki, onlardan bir hissəsi də müharibə iştirakçılarıdır.
Postmüharibə dövründə Nazirliyin reabilitasiya müəssisələrində 1300-dək qazi və şəhid ailəsi üzvü sosial-psixoloji və reabilitasiya xidmətləri ilə əhatə olunub. Onlar klinik və sosial psixoloqlar tərəfindən əyani və online, qrup və fərdi şəkildə psixoloji seanslara cəlb ediliblər.
Hazırda da həmin xidmətlərin göstərilməsi prosesi davam edir.
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 921 dəfə oxunub
























1.jpg)






































