XƏBƏRLƏR




- 17/6/2021 Yeni mənzillə təmin olunmuş şəhid ailəsi ilə görüş olub
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Yeni mənzillə təmin olunmuş şəhid ailəsi ilə görüş olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Ramil Mürşüd oğlu Yusifovun ailəsini ziyarət edib.
Azərbaycan Silahlı Qüvvələrinin baş giziri olmuş Ramil Yusifov Tərtər rayonunun Talış kəndi uğrunda gedən döyüşlərdə iştirak edib, Suqovuşan istiqamətində döyüşlərdə şəhid olub. İki övladı olan şəhidin ailəsi Bakının Ramana qəsəbəsində yeni ikiotaqlı mənzillə təmin edilib.
Görüş zamanı Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi möhtəşəm Zəfərdən, həmçinin Ramil Yusifovun Vətən müharibəsində göstərdiyi igidliklərdən bəhs edilib. Agentliyin sədri ailənin sosial vəziyyəti ilə maraqlanıb. O, ailənin yaşayışının hər zaman diqqətdə saxlanacağını vurğulayıb. Şəhid ailələri üçün nəzərdə tutulan digər dəstək tədbirləri ilə əhatə olunacaqlarını da qeyd edib.
Hərbi xidməti dövründə 6 medal və 11 fəxri fərmanla təltif edilən tank komandiri Ramil Yusifov dövlət başçısının Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib.
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 1030 dəfə oxunub
























1.jpg)






































