15 İyun 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
14/6/2021 BMT qurumları ilə sosial sahədə əməkdaşlıq son illərdə yeni birgə layihələrlə xeyli genişlənib


BMT qurumları ilə sosial sahədə əməkdaşlıq son illərdə yeni birgə layihələrlə xeyli genişlənib

 

Azərbaycanda sosial sahədə aparılan islahatlarda BMT qurumları ilə formalaşan əməkdaşlıq gündəliyi son illərdə yeni birgə layihələrlə xeyli genişlənib və fəal əməkdaşlıq təcrübəsi qarşıdakı dövrdə də davam edəcək. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi kimi ölkəmizdə diplomatik fəaliyyətini başa çatdıran Qulam İsakzai ilə vida görüşündə vurğulayıb.

Azərbaycanın BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verdiyini qeyd edən nazir ötən dövrdə Nazirliyin BMT-nin müxtəlif təşkilatları ilə əməkdaşlığından bəhs edib. S.Babayev BMT İnkişaf Proqramı (BMT İP) ilə birgə icra olunan “Azərbaycanda innovasiya və məşğulluğun inkişafı”, “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihələrinin gənclərin əmək bazarına və həssas qrupların kiçik biznesə çıxışına mühüm dəstək olduğunu deyib. Hazırda əlilliyi olan qadınların və müharibə veteranlarının hüquqlarının və rifahının təmin olunmasına dəstək üçün BMT İP ilə əməkdaşlıqda daha bir layihənin davam etdiyini bildirib.

S.Babayev həmçinin BMT Əhali Fondu ilə birgə icra olunan “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsinin də çox önəmli bir layihə olduğunu vurğulayıb. O, doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına yönəlmiş fəaliyyətdə BMT Əhali Fondu ilə əməkdaşlığın müsbət nəticələrini diqqətə çatdırıb.

Nazir uğurlu əməkdaşlıq təcrübəsinə nail olunmasında Q.İsakzainin səmərəli fəaliyyətini, ikitərəfli əlaqələrin inkişafı üçün göstərdiyi səyləri vurğulayıb. Buna görə Q.İsakzaiyə  təşəkkürünü ifadə edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Q.İsakzai xoş sözlərə görə minnətdarlıq ifadə edib. Azərbaycanda diplomatik fəaliyyəti dövründə ölkəmizlə, xalqımızla bağlı xoş təəssüratlara malik olduğunu diqqətə çatdırıb. Xüsusilə də ölkəmizdə fəaliyyət göstərdiyi dövrdə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinin onun üçün yaddaqalan əlamətdar hadisə olduğunu vurğulayıb. Q.İsakzai sosial sahədə ikitərəfli əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edərək, əlaqələrin daim genişlənəcəyinə əminliyini bildirib.

 

  Əlil Təşkilatları İttifaqı 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 861 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”