15 İyun 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
12/6/2021 Bakı Olimpiya Stadionunda Avropa çempionatının final mərhələsinin Uels-İsveçrə matçı keçirilib Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxıblar


Bakı, 12 iyun, AZƏRTAC

İyunun 12-də tarixdə ilk dəfə Azərbaycanda futbol üzrə Avropa çempionatının final mərhələsinin ilk oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva A qrupunun Bakı Olimpiya Stadionunda keçirilən Uels-İsveçrə matçına baxıblar.

Avropa çempionatının oyunlarının Bakıda keçirilməsi Azərbaycan idmanının beynəlxalq səviyyədə qazandığı növbəti uğurun bariz nümunəsidir. Ölkəmiz indiyədək idmanın müxtəlif növlərinə aid mötəbər beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edib. Bu gün ən nüfuzlu idman qurumlarının böyük beynəlxalq yarışlara ev sahibliyi hüququnu tərəddüd etmədən Azərbaycana verməsi də təsadüfi deyil.

Uels-İsveçrə matçı gərgin mübarizə şəraitində keçdi. Matçın ilk hissəsi qolsuz başa çatdı. İsveçrə millisinin hücumçusu Breel Embolo matçın 49-cu dəqiqəsində hesabı açdı.

Bundan sonra hücumlarının sayını artıran Uels komandası 74-cü dəqiqədə Kieffer Murun qolu ilə hesabı bərabərləşdirdi.

Matçın 85-ci dəqiqəsində İsveçrə yığmasının hücumçusu Mario Qavranoviçin Uels millisinin qapısına vurduğu qol isə videonəzarət sistemində baxıldıqdan sonra qeydə alınmadı. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatdı.

Qeyd edək ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə AVRO-2020-nin oyunları müxtəlif ölkələrdə təşkil olunacaq. Bakı Olimpiya Stadionu A qrupu çərçivəsində iyunun 16-da Türkiyə-Uels və iyunun 20-də isə Türkiyə-İsveçrə oyunlarına da ev sahibliyi edəcək. İyulun 3-də isə Bakıda dörddəbir final mərhələsinin bir qarşılaşması olacaq.

Qeyd edək ki, oyunda Əlil Təşkilatları İttifaqının təşkilat rəhbərləri və əlilliyi olan şəxslər də iştirak etmişlər.

 

Əlil Təşkilatları İttifaqı

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 904 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”