XƏBƏRLƏR




- 21/11/2020 "ORİQAMİ" ”Yol hərəkəti təhlükəsizliyi qaydalarına dair maarifləndirilməsi” layihəsinin icrasını başa çatdırmışdır.
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
“Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi
AZ1052,Bakı şəhəri, Ağa-Neymətulla küçəsi, PRESS -RELİZE
ev 47 a, mənzil 4.
Əlaqə telefonu 99 450 519 92 79
Əlaqə üçün şəxs Namiq Nəcəfov
e-mail namik_origami@mail.ru
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Bakı Nəqliyyat Agentliyi ilə birgə təşkil etdiyi Qrant müsabiqəsi çərçivəsində Oriqami uşaq və yeniyetmələr ictimai birliyi tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan uşaq və yeniyetmələr arasında onlayn qaydada təşkil olunmuş 7-8 yaşlı uşaqların ”Yol hərəkəti təhlükəsizliyi qaydalarına dair maarifləndirilməsi” layihəsinin icrası başa çatmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Bakı Nəqliyyat Agentliyi ilə birgə təşkil etdiyi Qrant müsabiqəsi çərçivəsində Oriqami uşaq və yeniyetmələr ictimai birliyi tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan uşaq və yeniyetmələr arasında onlayn qaydada təşkil olunmuş ” Yol hərəkəti təhlükəsizliyi qaydalarına dair ibtidai sinif şagirdlərinin maarifləndirilməsi” layihəsinin icrasına 10 avqust 2020-ci ildə start verilmişdi.
“Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi tərəfindən yol hərəkətinin təhlükəsizliyi qaydalarına dair uşaq və yeniyetmələrin maarifləndirilməsi sahəsində , layihə çərçivəsində, onlayn qaydada, bir sıra təşkilatı tədbirlər həyata keşirilmiş., ictimaiyyətin geniş məlumatlandıilması işləri görülmüşdür.Müəssisə, təşkilatlara elektron məktublarla müraciətlər edilmiş ,layihə barədə,onun donorları haqda geniş məlumat verilmişdir. Maştağa qəsəbə İcra Nümayəndəliyinə, Maştağa Bələdiyyəsinə yazılı sürətdə məlumatlar göndərilmişdir.
“ Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi 2015-ci ildən Sabunçu rayonu Maştağa və Nardaran qəsəbələrində ictimai fəaliyyət göstərdiyindən eləcə də 6-18 yaşlı uşaq və yeniyetmələr arasında ardıcıl olaraq, layihələr icra etdiyindən yüzlərlə benefisarlar barədə məlumat bazasına malikdir.
Qlobal COVİD-19 koronavirus infeksiyasının bütün dünyada və ölkəmizdə yaratdığı yeni situasiyada ,onlayn qaydada, layihini icra edərkən həmin məlumat bazasından aktiv olaraq istifadə etdik və benefisarları telefon rabitəsi vasitəsilə olduqca maraqlı “KüçəYol.Piyada.” layihəsinə qoşulmağa çağırdıq. 7-8 yaşlı benefisarlardan 115 nəfərin layihədə onlayn iştirakına nail.olduq.Onlardan 65 nəfəri qız , 50 nəfəri oğlandır.
Layihənin məqsədi qlobal COVİD-19 koronavirus infeksiyasının bütün dünyada və ölkəmizdə yaratdığı yeni situasiyada ,onlayn qaydada ,uşaqlar tərəfindən yol hərəkəti təhlükəsizlik qaydalarının öyrənilməsinə diqqəti, marağı artırmaq, onlara bu barədə yeni biliklər vermək, onların intellektual səviyyəsini, qabiliyyət və bacarığını inkişaf etdirmək, asudə vaxtını daha mənalı və məzmunlu,səmərəli təşkilinə kömək etmək olmuşdur.
Bu məqsədlə “Oriqami” ictimai birliyi hər bir benefisar tərəfindən yol hərəkəti təhlükəsizliyi qaydalarının daha asan öyrənilməsi ,praktik vərdişlərə yiyələnmə və yola çıxarkən düzgün davranış göstərməsi üçün yeni ,onlayn üsul təklif etmişdir. Təklif etdiyimiz üsul layihə iştirakçılarının müstəqil olaraq maarifləndirilməsinə istiqamətlənmış, nəfis şəkildə çap olunmuş, rəngli, təsvirli, öyrədici İntellektual Oyun dəsti, Təsvirli “Piyadalar üçün yaddaş kitabçası “ və yol hərəkəti qaydalarının öyrənilməsinə kömək edən rollu-situativ oyun kartları ilə təmin edilməsidir.Yeni məlumatların şüurda, hafizədə, yaddaşda daha yaxşı qalması praktik fəaliyyətdən çox asılıdır.Mövzu ətrafında uşaq yaradıcılığı vasitəsilə məşğuliyyətə qoşulmaq üçün dəftərxana ləvazimatı ilə təminat nəzərdə tutulmuşdur. Bundan başqa, hər bir iştirakçıya, layihə çərçivəsində, donor və icraçı təşkilatın loqolarının təsvirləri yerləşdirilməklə rəngli, təsvirli hədiyyə çantalarının ,dəftərxana ləvazimatının və fərdi sağlamlığının qorunmasına kömək olaraq şəxsi qiqiyena vasitələrinin- banderol formasında “Azərpoçt” vasitəsilə ünvanlara göndərilməsi təşkil olunmuşdur. , Oriqami təşkilatı tərəfindən ,valideynlərin layihə barədə, onlayn qaydada qeydləri, rəyləri toplanacaqdır.
Layihə rəhbəri Namiq Nəcəfov
Bu xəbər 1182 dəfə oxunub
























1.jpg)






































