XƏBƏRLƏR




- 9/9/2020 Bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi evlər verildi
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi
əlilinə fərdi evlər verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Lənkəran rayonunda inşa etdirilmiş 14 fərdi yaşayış evi şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib. Evlərin təqdim edilməsi tədbirində Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Xalid Rəhimov iştirak edib.
Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğı göstərdiyini vurğulayan V.Behbudov bunun daha bir təzahürü kimi həssas əhali qrupları ilə bağlı sosial müdafiə proqramlarının ildən-ilə genişləndiyini diqqətə çatdırıb.
O qeyd edib ki, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yaxşılaşdırılması ölkəmizdə aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir. Bu kateqoriyalardan olan vətəndaşların mənzillə təminatı işləri də getdikcə güclənir. Onlara 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626, ötən il 934 mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə isə şəhid ailələrinə və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Hazırda Lənkəran rayonunda təqdim edilən fərdi evlər də daxil olmaqla, onlardan artıq 568 mənzil və fərdi ev (o cümlədən 554 mənzil, 14 fərdi ev) verilib. Digər mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək.
V.Behbudov ümumilikdə ötən dövrdə şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 8156 mənzil və fərdi ev verildiyini bildirib. O, həmçinin Nazirlik tərəfindən müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə 600 avtomobil verildiyini deyib. 2020-ci ildə onlara 400 avtomobil verilməsinin nəzərdə tutulduğunu və onlardan artıq 150-nin təqdim edildiyini, bu vaxta qədər müharibə əlilləri və onlara bərabər tutulanların 6900 minik avtomobili ilə təmin olunduğunu qeyd edib.
Yeni fərdi yaşayış evi ilə təmin edilən şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri onların sosial müdafiəsinin gücləndirilməsinə göstərilən yüksək qayğıya, yeni fərdi yaşayış evləri ilə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.


Əlil Təşkilatları İttifaqı
Mətbuat Xidməti
Bu xəbər 1287 dəfə oxunub
























1.jpg)






































