15 İyun 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
18/8/2020 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şəki şəhərindəki Reabilitasiya Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.


 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şəki şəhərindəki Reabilitasiya Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

Müəssisənin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov, mərkəzin əməkdaşları, əlilliyi olan şəxslər iştirak ediblər.

Ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımları qeyd edən V.Nəsirli bildirib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, əlilliyi olan şəxslər üçün reabilitasiya infrastrukturunun müasirləşdirilməsi və genişləndirilməsi sahəsində də ardıcıl işlər aparılır. 2019-cu ildə nazirliyin Yevlax və Naftalan Reabilitasiya Mərkəzləri, Mərdəkan Reabilitasiya Pansionatı, Protez-Ortopedik İstehsalat Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. 

Nazir müavini 2020-ci ildə bu istiqamətdə tədbirlərin davam etdirildiyini deyib. V.Nəsirli diqqətə çatdırıb ki, bu ayın 11-də Lənkəran şəhərində də Reabilitasiya Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Bu gün isə daha bir reabilitasiya müəssisəsi Şəki şəhərində açılır. Cari ildə həmçinin Sumqayıt, Şirvan, Xaçmaz şəhərlərində Reabilitasiya Mərkəzləri, Şağan Reabilitasiya Pansionatı əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcək. Uşaq reabilitasiya sisteminin ölkəmizin bölgələri üzrə genişləndirilməsi işləri çərçivəsində bu il Qəbələ və Şəmkir rayonlarında Uşaq Reabilitasiya Mərkəzlərinin açılması da nəzərdə tutulub. Beləliklə, 2020-ci ildə ümumilikdə nazirliyin 8 reabilitasiya müəssisəsinin açılması planlaşdırılıb. Bu da reabilitasiya xidmətləri ilə əhatə olunanların illik sayının iki dəfə artaraq 28 minə çatmasına imkan verəcək.

E.Usubov əlilliyi olan şəxslər üçün yeni reabilitasiya müəssisələrinin, həmçinin Şəkidə belə bir müasir tələblərə uyğun Mərkəzin istifadəyə verilməsinin Prezident İlham Əliyev tərəfindən həssas əhali qruplarına göstərilən xüsusi qayğının daha bir əyani təzahürü olduğunu vurğulayıb. O, Şəki rayonunda sosial sahədə aparılan işlər barədə məlumat verib.

Tədbirdə əlilliyi olan şəxslər ölkəmizdə həssas əhali qruplarına göstərilən dövlət qayğısından, eyni zamanda, reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması və bərpa imkanlarının artırılmasından razılıqla bəhs edərək, Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Müasir standartlara uyğun reabilitasiya şəraitinin yaradıldığı müəssisə limfodrenaj, ozonoterapiya, maqnitoterapiya, hidroterapiya və digər yeni müasir tibbi-reabilitasiya və s. aparatlarla və avadanlıqlarla da təchiz edilib.  Burada Şəki və ətraf rayonlar üzrə il ərzində 800 əlilliyi olan şəxsə effektiv fizioterapevtik üsulların tətbiqi əsasında tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək.

Davud Rəhimli

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1646 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”