15 İyun 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
12/9/2019 Lerik rayonuna eko-tur


 

“Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi, Azərbaycan Respublikasının  Prezidenti yanında  Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların  keçirilməsi”  adlı eko-tur bu dəfə Lerik rayonuna təşkil olunub.

Lerik rayonuna səfər zamanı Lənkəran şəhərində yerləşən Şəhidlər xiyabanı ziyarət edilib. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilərək, onların xatirəsinə ucaldılmış abidə üzərinə güllər düzülüb.

Qarabağ müharibə iştirakçıları, əlil-veteranlar və onların ailə üzvləri 12 nəfərdən ibarət (4 nəfər işçi qrupu daxil)  eko turçu Lerik rayonunda nahar fasiləsi etdikdən sonra “Günəşli Şəlaləsi”nə yola düşüb. Əsrarəngiz təbiət incisini görmək üçün təyin olunmuş nəqliyyatla Lerik rayonuGünəşli kəndində yerləşən Günəşli şəlaləsinə səfər edilib. Yağışlı hava şəraiti şəlaləni yaxından izləməyə imkan verməsə də, görünən mənzərə unudulmaz xoş təəssüratlar yaratdı.   Tur zamanı Layihənin rəhbəri Növrəstə Yusifova öz maliyyə vəsaiti hesabına iştirakçılara xatirə olaraq “Azərbaycan bayrağı” həkk olunmuş papaqlar hədiyyə etdi.

Həmin ərazidə yerləşən “Həyat” istirahət mərkəzində çay dəsgahı təşkil olunub. Tur iştirakçıları şəlalənin yerləşdiyi ərazini gəzdikdən sonra yenidən Lənkəran şəhərində yerləşən “Starway Otel”ə qayıtdılar. Şam yeməyi tur iştirakçıları üçün rayon ərazisində yerləşən “Boranı” restoranında təşkil olundu.

Masa ətrafında əyləşən tur iştirakçılarına Layihənin  rəhbəri Növrəstə Yusifova məlumat verərək bildirdi ki, Layihə çərçivəsində keçirilən turun əsas məqsədi, müharibə iştirakçıları və onların ailə üzvlərinin iqtisadi-sosial problemlərinin həlli istiqamətində istirahətlərinin, asudə vaxtlarının səmərəli təşkili, şəhərdən kənar, Azərbaycan Respublıkasının  regionlarında ekoloji təmiz olan təbiət qoynunda gəzintilərin təşkili, mədəni abidələr və məkanın digər mənzərəli yerlərlə də  tanış olacayıq. Tur zamanı iştirakçıların səhhətində yarana biləcək hər hansı bir problemin qarşısının almaq  məqsədilə tibb işçisi də onları müşayət edəcək.

Nahar fasiləsindən öncə tib işçisi tur iştiraçıların səhhəti ilə maraqlanıb, onların təziqləri və şəkər xəstəliyi olan şəxslərin şəkər miqdarı ölçülərək, səhhətlərində yarana biləcək narahatlığın öncədən qarşısı alınıb. Nahar fasiləsindən sonra Lənkəran şəhərində yerləşən dəniş kənarına yola düşüb. Dəniş kənarında qarşılanan mənzərə xoşa gəlməz oldu, istirahətə gələn vətəndaşların qida tullantıları ilə dəniş kənarını zibillədikləri müşahidə olundu. Tur iştirakşılarının övladlarına bu xoşa gəlməz mənzərəni göstərərərk “Ətraf mühiti qorumaq, təbiətə qayğı ilə yanaşmaq hər kəsin vətəndaşlıq borcudur” haqqında maarifləndirmə aparıldı. Bununla da “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların təşkili” adlı Lerik rayonu üçün nəzərdə tutulan tur başa çatdı.

“Qarabağ Əlilləri və Veteranları”

İctimai Birliyinin Mətbuat xidməti

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2380 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”