17 İyun 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
29/10/2018 Layihə çərçicəsində yekun - hesabat tədbiri


Layihə çərçicəsində yekun - hesabat tədbiri

29 oktyabr 2018-ci ildə Respublika Veteranlar Təşkilatında Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsi  çərçivəsində yekun-hesabat tədbiri baş tutmuşdur. Tədbirin əsas məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliğ edilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması yolunda canından keçmiş, Vətən, xalq qarşısında əvəzsiz xidmətləri olan şəhidlərimizin tanıdılması, gənc nəslə onların həyat və fəaliyyətlərinin örnək olaraq təbliğ olunmasıdır.

İkinci dünya, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, gənclərin, ziyalıların, ictimaiyyətin və medianın nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.

Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədr müvini, layihənin rəhbəri polkovnik Cəlil Xəlilov gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu cür layihələrin mütəmadi olaraq həyata keçirilməsinin mühüm əhəmiyyət kəsb etməsini vurğulayaraq, belə tədbirlərin daimi xarakter daşımasını və geniş auditoriyanı əhatə etməsini zəruri olduğunu qeyd etdi. C.Xəlilov Respublika Veteranlar Təşkilatının və onun şəhər, rayon stuktur bölmələrinin yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində səmərəli fəaliyyətindən, bununla bağlı müntəzəm olaraq tədbirlərin keçirilməsindən danışaraq, diqqəti Azərbaycanın bu gün Ermənistan Respublikasının işğalı altında olan ərazilərinin azad olunmasında bu işlərin daha yüksək səviyyəyə qaldırılmasının mühüm əhəmiyyət daşıdığına yönəltdi.

Respublika Veteranlar Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Lətif Babayev 29 oktyabr Türkiyə Cümhuriyyətinin qurulmasının 95 illiyi münasibəti ilə tədbir iştirakçılarını və bütün türk xalqını Təşkilat rəhbərliyi və veteranlar adından təbrik edərək, Türkiyə-Azərbaycan qardaşlığının tarixi, bütün dövrlərdə, xüsusilə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu dövrdə Türkiyənin Azərbaycana göstərdiyi qardaş köməyindən danışdı. L.Babayev layihə çərçivəsində həyata keçirilmiş tədbirlər, görülmüş işlər, o cümlədən şəhidlərə həsr olunmuş “Torpağı Vətən edənlər” kitabçasının və məlumat xarakterli xüsusi bukletin buraxılması barədə geniş məlumat verərək Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bu cür layihələr maliyyə ayırmasını təqdirəlayiq hal saydı. O, bildirdi ki, 20 faiz ərazisi düşmən işğalı altında olan bir ölkənin yaşından asılı olmayaraq bütün insanları vətənpərvər olmalıdırlar. Ancaq tərbiyə olunmağa, vətənpərvərlik ruhunda yetişdirilməyə gəlincə, başlıca hədəf yeniyetmə və gənclərdir. Azərbaycanın körpəsindən tutmuş tələbəsinə, bu gün ölkə həyatının müxtəlif sahələrində çalışan, müəyyən təcrübəyə malik gəncinə qədər hər kəs vətənpərvər olmasa biz Ermənistan Respublikasının işğalı altında olan ərazilərimizi azad edə bilmərik. O, xüsusi olaraq vurğulamışdır ki, Vətənə, xalqa, dövlətə sədaqət, torpağa bağlılıq, onu qorumağa hər an hazır olmaq Təşkilat yeniyetmə və gənclərə məhz bu keyfiyyətləri aşılamağa  çalışır. 2016-cı ilıin Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan gəncliyi öz atalarının qəhrəmanlıq, mərdlik, vətənpərvərlik yolunu davam etdirməyə, düşmənə sarsıdıcı zərbələr vurmağa daim hazırdır.

Tədbirdə çixış edən layihənin eksperti Respublika Veteranlar Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, İkinci Dünya müharibəsi veteranı, Nəsimi rayon Veteranlar Təşkilatının sədri İsmayıl Fərəcov, “Şəhid ailələrinə qayğı cəmiyyəti” təşkilatının Nizami rayon Təşkilatının sədri Nizami Abbasov, veteran şair Zakir Əliyev və başqaları çıxış edərək yeniyetmə və gənclər arasında vətənpərvərlik mövzusunda bu tipli layihələrin keçirilməsinin vacibliyini diqqətə çatdırdılar.

Tədbirdə eyni zamanda, 3 ay müddətində həyata keçirilmiş “Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsinin fəaliyyət planına uyğun olaraq görülmüş işlər barədə müzakirələr aparıldı, fikirlər səsləndirildi, təkliflər verildi.

Tədbirin sonunda 95 yaşı tamam olan İkinci Dünya müharibəsi veteranı, Nəsimi rayon Veteranlar Təşkilatının sədri İsmayıl Fərəcov Respublika Veteranlar Təşkilatının təsis etdiyi Mehmandarov yubiley medalı ilə təltif olundu.

  Davud Rəhimli 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2471 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”