XƏBƏRLƏR




- 4/7/2018 Müharibə əlil və veteranları İsmayıllıda
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
İsmayıllı rayonununda bir qrup Qarabağ müharibəsi iştirakçılarının və onların ailə üzvlərinin istirahəti təşkil olunub.
“Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Müharibə əlil-veteranları və onların ailə üzvlərinin asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlərin keçirilməsi” adlı layihənin icrasını davam etdirir. Layihənin rəhbəri Növrəstə xanım Yusifova məlumat verərək bildirdi ki, təşkilatın əlil və veteran üzvləri, onların ailə üzvləri 15 nəfərdən ibarət, 4 nəfər işci qrupu daxil olaraq qrafik üzrə I tur 30 iyun - 1 iyul 2018-ci il tarixinə, İsmayıllı rayonunda yerləşən “Qız Qalası” Ailəvi İstirahət Mərkəzində təşkil olunan tur sona çatıb.
Layihə çərçivəsində təşkil olunan və keçirilən tur zamanı icarəyə götürülmüş sifarişli nəqliyyatla iştirakçılar İsmayıllı rayonunda iki gün ərzində, bir gecə oteldə qalmaqla, hər bir gün üçün üç dəfə yemək, çay, su ilə təmin olunmaqla digər məkanlarda, təbiət qoynunda da istirahətlər ediblər.
Tur zamanı iştirakçıların səhhətində yarana biləcək hər hansı bir problemin qarşısını almaq məqsədilə tibb işçisi onları müşayət edib.
N. Yusifova layihənin yüksək səviyyədə keçirilməsi üçün ayrılan maliyyə dəstəyinə görə dövlət rəhbərinə, şuranın rəhbərliyinə və işçi kollektivinə birliyin rəhbərliyi, çoxsaylı müharibə iştirakçıları və ailə üzvləri adından təşəkkürünü bildiririb.
Bu xəbər 2678 dəfə oxunub


























1.jpg)






































