15 İyun 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
27/6/2018 Şuranın dəstəyi ilə ilk maarifləndirmə tədbiri keçirilib


Şuranın dəstəyi ilə ilk maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Respublikası “Qadın və İnkişaf” Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə regionlarda “İcma səviyyəsində reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində maarifləndirmə işinin təşkili” adlı layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbirini Cəbrayıl rayonunda keçirib.

Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva tədbiri giriş sözü ilə açaraq mövzunun aktuallığı və əhəmiyyəti barədə fikirlərini bölüşüb. Daha sonra çıxış edən Cəbrayıl rayon mərkəzi xəstəxanasının baş həkim Hüseyn Əhmədov qeyd etdi ki, rayonun işğalından sonra 19 minə yaxın rayon əhalisinin kompakt məskunlaşdığı 4456 evdən ibarət 11 qəsəbədə 1 ədəd 50 çarpayılıq kənd sahə xəstəxanası, 6 feldşer-mama məntəqəsi, 4 həkim məntəqəsi, Saatlı rayonu Əlisoltanlı, Sabirabad rayonu Güdəcühür fin tipli qəsəbələrin hər birində 1 ədəd feldşer-mama məntəqəsi, 10-cu qəsəbədə isə Gigiyena və Epidemiologiya Mərkəzi fəaliyyət göstərir.

Mərkəzin rəhbəri Pərvin Məmmədova isə öz çıxışında aktual bir məsələyə həsr olunan layihəyə dəstək verdiyinə görə Şuraya, tədbirin yüksək səviyyədə təşkilinə görə Cəbrayıl Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirib.

P.Məmmədova diqqətə çatdırıb ki, layihənin məqsədi əhali, xüsusilə hamiləliyə qədərki dövrdə olan qadınlar və gənc ailələr arasında reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında maarifləndirmə işlərinin həyata keçirilməsi, mövcud problemlərin öyrənilməsi, təklif və tövsiyələrin hazırlanaraq aidiyyatı qurumlara təqdim edilməsi və nəticə etibarı ilə ana və körpə ölümünün sayının azalmasına, yoluxucu xəstəliklərin qarşısının alınmasına nail olmaqdan ibarətdir.

Tədbirdə ekspert qismində çıxış edən həkim mama-genekoloq Dilarə Əliyeva iştirakçılara Azərbaycanda ana və uşaq sağlamlığının qorunması sahəsində həyata keçirilən dövlət siyasəti,  habelə reproduktiv sağlamlıq, ailə planlaşdırılması, antenatal xidmət, doğuşdan sonrakı dövrdə xidmət, abortların zərəri, erkən nikahların fəsadları, cinsi yolla yoluxan xəstəliklərin profilaktikası, effektiv kontrasepsiya üsulları barədə məlumat verib. O, vurğulayıb ki, hazırda dünyanın bir sıra ölkələrində narahatlığa səbəb olan aktual problemlərdən biri də doğulan uşaqların cinsə görə nisbətinin pozulmasıdır. Bəzi ailələrdə əsasən oğlan uşaqlarına üstünlüyün verilməsi cəmiyyətdə gender balansının, eləcə də genofondun pozulmasına gətirib çıxara bilər.

Tədbirdə selektiv abortların qarşısının alınması və düzgün ailə planlaşdırılması ilə bağlı interaktiv müzakirələr və fikir mübadiləsi aparılıb, iştirakçılar tərəfindən verilən çoxsaylı suallar cavablandırılıb, bu sahədə bir sıra təkliflər irəli sürülüb, eyni zamanda müraciət edən qadınlara fərdi qaydada məsləhətlər verilib.  

Mətbuat xidməti

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2326 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”