19 İyun 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
3/11/2017 “Duyğularımızın rəngi” adlı sərgi


Milli Azərbaycan Tarixi Muzeyində “Duyğularımızın rəngi” adlı sərginin açılışı olub

AMEA Milli Azərbaycan Tarixi Muzeyi və Sabunçu rayonu Yeni Ramana qəsəbəsində yerləşən 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə gənclərin əl işlərindən ibarət sərginin açılış mərasimi olmuşdur. “3 dekabr - Beynəlxalq Əlillər günü”nə həsr olunmuş “Duyğularımın rəngi” adlı sərgi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə keçirilir. Tədbirin keçirilməsində məqsəd sağlamlıq imkanları məhdud istedadlı gənclərə dəstək olmaq və onların müxtəlif sənət sahələrini əks etdirən əl işlərini ictimaiyyətə təqdim etməkdir. Sərgidə 28 yaradıcı gəncin 100-dən çox əl işləri nümayiş olunur. Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin elmi işçisi Sahibə Ələkbərova sağlamlıq imkanları məhdud gəncləri Muzeyin elmi-ekspozisiyası ilə yaxından tanış etdi və onları maraqlandıran sualları ətraflı cavablandırdı. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və başqa müvafiq qurumların səlahiyyətli nümayəndələri iştirak etmişlər. Tədbiri, giriş sözü ilə muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq, gələn qonaqları salamladı və çıxışında bildirdi ki, sağlamlıq imkanları məhdud gənclərə dövlətimiz tərəfindən hərtərəfli qayğı göstərilir. Biz də öz tərəfimizdən sağlamlıq imkanları məhdud yaradıcı gənclərimizə əlimizdən gələn dəstəyi göstərməyə çalışırıq. Bu, bizim mənəvi borcumuzdur. Tədbirin muzeydə keçirilməsi sevindirici haldır. Belə tədbirlərin mütəmadi olaraq keçirilməsi, sağlamlıq imkanları məhdud gənclərin yaradıcılıq imkanlarının əyani olaraq cəmiyyətə inteqrasiyasında mühüm əhəmiyyət kəsb edir. Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Əminə Seyidzadə çıxış edərək qeyd etdi ki, bu gün ölkəmizdə əlilliyi olan gənclər daim diqqət mərkəzindədirlər. Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən bu tədbirin keçirilməsi təqdirəlayiq haldır. Muzeyin təşəbbüsü ilə təşkil olunan bu sərgi, sağlamlıq imkanları məhdud gənclərin istedadlarının üzə çıxarılmasında vacib addımdır. Daha sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova çıxış etdi. O, keçirilən tədbirin əhəmiyyətindən danışdı və sağlamlıq imkanları məhdud gənclərə belə diqqət göstərilməsini alqışladı. Tədbirdə iştirak edən Ombudsman Aparatının nümayəndəsi Müqalib Mahmudov və 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətova, Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli çıxış edərək bu tədbirin keçirilməsinə görə Muzeyin rəhbərliyinə öz təşəkkürünü bildirdi və iştirakçıları sərgi ilə tanış olmağa dəvət etdi. Sonda sərgi iştirakçılarına Muzeyin rəhbərliyi və Bilik Fondu tərəfindən təşəkkürnamə və xüsusi hədiyyələr təqdim olundu. Tədbir bədii hissə ilə başa çatdı. “Duyğularımın rəngi” adlı sərgi noyabr ayının 10-dək davam edəcək.

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2897 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”