XƏBƏRLƏR




- 7/7/2017 İctimai Birliyinin BƏYANATI
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
“Eşitmə və Nitq Qüsurlu Şəxslərə Sosial Yardım” İctimai Birliyi
Ermənilərin Azərbaycanın dinc sakinlərinin qətlə yetirilməsi ilə bağlı
BƏYANATI
Abşeron rayonu
07 iyul, 2017-ci il
İyul ayının 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzulinin Alxanlı kəndinin atəşə tutulması nəticəsində kənd sakinlərinin Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhranın həlak olması, bir qadının isə ağır yaralanması Ermənistanın Azərbaycana qarşı 25 ildən artıq davam edən hərbi təcavüz və etnik təmizləmə siyasətinin tərkib hissəsidir.
Bildiririk ki, Azərbaycan Respublikasının 20 % ərazisi Ermənistan Respublikası tərəfindən işğal olunub. Bu işğal nəticəsində Azərbaycan vətəndaşları doğma yurdlarından didərgin düşüb və həlak olub. Ermənistan Respublikasının davam etdirdiyi işğalçılıq siyasəti bu gün də davam edir. Onu da qeyd edək ki, işğalçı dövlət olan Ermənistan BMT kimi ali qurumun heç bir qətnaməsini icra etmir.
Ermənistanın beynəlxalq hüquqa zidd əməllərinə görə bu günə qədər beynəlxalq məsuliyyətə cəlb olunmaması onun cinayətkar əməllərini davam etdirməsinə şərait yaradır.
Buna görə də, biz beynəlxalq ictimaiyyəti, xüsusilə BMT və digər beynəlxalq təşkilatları Ermənistan silahlı qüvvələri tərəfindən törədilən beynəlxalq humanitar hüququn ciddi pozuntularına hüquqi-siyasi qiymət verməyə, Ermənistan barəsində müvafiq sanksiyalar tətbiq etməyə, Ermənistanın təcavüzünə son qoyulması ilə bağlı zəruri addımlar atmağa, dinc sakinlərin, xüsusilə yaşlı insanların və uşaqların məqsədyönlü şəkildə öldürülməsinə qarşı sərt davranmağı tələb edirik.”
“Eşitmə və Nitq Qüsurlu Şəxslərə Sosial Yardım” İB Sədri Cəmilə Abdulova
Bu xəbər 3101 dəfə oxunub
























1.jpg)






































