XƏBƏRLƏR




- 18/11/2016 Şuranın dəstəyi ilə həyata keçirilən layihəyə yekun vuruldu
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Şuranın dəstəyi ilə həyata keçirilən layihəyə yekun vuruldu
Məlumat üçün bildirmək istərdik ki, “Sağlam Həyat” Ana və Uşaqlara Qayğı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə regionlarda “Uşaqlar və gənclər arasında “Zorakılıqsız həyat naminə” devizi ilə aksiyaların keçirilməsi” adlı layihəsi uğurla icra olunmuşdur.
Layihənin məqsədi paytaxtda və regionlarda məktəblilər, valideynlər və uşaqlarla işləyən şəxslər arasında zorakılığın yolverilməzliyi ilə bağlı maarifləndirmə tədbirlərinin təşkil edilməsi və uşaqlar arasında rəsm müsabiqəsinin keçirilməsidir.
Artıq layihə çərçivəsində Quba, Şabran, Füzuli və Beyləqan rayonlarında uşaq və gənclərin, müəllimlərin, valideynlərin və psixoloqların iştirakı ilə maarifləndirmə tədbirləri keçirilmiş və rəsm müsabiqəsinə yekun vurulmuşdur.
Bu məqsədlə, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə Birliyin sədri və layihə rəhbəri Aytən Səfixanlı çıxış edərək, belə bir aktual məsələyə həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya öz təşəkkürünü bildirmiş, layihə çərçivəsində görülən işlər barədə məlumat vermişdir.
Qeyd edilmişdir ki, rəsm müsabiqəsi ilə bağlı elan verilmiş və 100-ə yaxın rəsm yığılmışdır ki, iki yaş qrupunda I, II və III, həmçinin 14 xüsusi fərqləndirici yerlər üzrə rəsmlər seçilmişdir.
Layihənin eksperti Asəf Kərimov rayonlarda keçirilən tədbirlər və müsabiqədə seçilən rəsmlərin mövzuları barədə ətraflı məlumat vermiş, slaydlar nümayiş olunmuş və qalib elan olunmuş rəsmlər tədbir iştirakçılarına göstərilmişdir.
Tədbirin sonunda qaliblərə sertifikat və hədiyyələr təqdim olunmuşdur.

Mətbuat xidməti
Bu xəbər 2862 dəfə oxunub
























1.jpg)






































