15 İyun 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
19/10/2016 QHT Füzuli rayonunda maarifləndirmə tədbiri keçirmişdir


Şuranın dəstəyi ilə Füzuli rayonunda maarifləndirmə

tədbiri keçirilmişdir

 

“Sağlam Həyat” Ana və Uşaqlara Qayğı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Uşaqlar və gənclər arasında “Zorakılıqsız həyat naminə” devizi ilə aksiyaların keçirilməsi” adlı layihəsi çərçivəsində Füzuli rayonunda uşaqların, valideynlərin, müəllimlərin, yerli icmaların, o cümlədən yeni salınmış qəsəbələrdə məzkunlaşmış məcburi köçkünlərin iştirakı ilə maarifləndirmə tədbiri keçirmişdir.

Birliyin sədri və layihə rəhbəri Aytən Səfixanlı tədbiri giriş sözü ilə açaraq belə bir aktual məsələyə həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya, tədbirin yüksək səviyyədə təşkilinə görə isə Füzuli Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirmişdir.

A.Səfixanlı qeyd etmişdir ki, layihənin məqsədi paytaxtda və regionlarda məktəblilər, valideynlər və uşaqlarla işləyən şəxslər arasında zorakılığın yolverilməzliyi ilə bağlı maarifləndirmə tədbirlərinin təşkil edilməsi və uşaqlar arasında rəsm müsabiqəsinin keçirilməsidir.

Tədbirdə ekspert qismində çıxış edən psixoloq Asəf Kərimov bütün dünyada olduğu kimi, ölkəmizdə də uşaqların müəyyən səbəblərdən müxtəlif növ zorakılıqlara məruz qaldığını, bir çox hallarda, valideynlər, müəllimlər və hətta həmyaşıdları tərəfindən uşaqlara qarşı zorakılığın edildiyini bildirmişdir.   O, qeyd etmişdir ki, uşaqlara qarşı zorakılığın psixoloji aspektləri, zorakılığın uşaqda yaratdığı mənəvi-psixoloji sarsıntılar, zorakılığa məruz qalan uşaqlara psixoloji xidmətin xüsusiyyətləri, uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan qurumlar, habelə  “Qaynar xətlər” barədə iştirakçılara ətraflı məlumat vermişdir. uşaqlara qarşı zorakılıq halları bir çox hallarda gizli qalır. Eyni zamanda, valideynlər və müəllimlər zorakılığı (döymə) tərbiyənin ən düzgün üsulu kimi çox tətbiq edirlər. Bu isə uşaqların özlərinə qapanmalarına, sarsıntı keçirmələrinə, intihar etmələrinə, əlilliyə düçar olmalarına gətirib çıxarır.

A.Kərimov vurğulamışdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsində uşaqların tərbiyəsinə valideynlərin məsuliyyət daşıdığı və dövlətin isə nəzarət etdiyi qeyd edilmişdir. Bu ali qanunvericilik norması bir daha göstərir ki, valideynlər uşaqları ilə istədiyi kimi davrana bilməz, çünki dövlət bu məsələlər nəzarət edir.

Tədbirdə BMT-nin Uşaq Hüquqları Komitəsinin Azərbaycan Hökumətinə verdiyi son tövsiyəsində də uşaqlar və uşaqlarla işləyən şəxslər üçün silsilə maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyinin qeyd olunduğu diqqətə çatdırılmışdır.

Uşaqlar və gənclər arasında zorakılığa qarşı mübarizənin daha da gücləndirilməsi məsələləri ilə bağlı geniş müzakirələr aparılmış, bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasına yönəlmiş bir sıra təkliflər irəli sürülmüşdür.

Tədbirdə əyani vəsait kimi müvafiq dövlət qurumları və QHT-lər tərəfindən uşaqlara qarşı zorakılıq mövzusunda hazırlanmış filmlər nümayiş etdirilmişdir.

Mətbuat xidməti

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3190 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”