08 Noyabr 2025-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
3/8/2016 Türkiyənin bərpa müalicəsinə növbəti yollanış.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 24 nəfər sağlamlıq imkanları məhdud uşaq valideynlərindən birinin müşaiyəti ilə Türkiyəyə bərpa müalicəsinə yola salınıb

 

   Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud uşaqların xaricdə ixtisaslaşmış bərpa müalicəsinin təşkili işləri davam etdirilir. Nazirlik qeyd olunan uşaqlardan daha 24 nəfərini valideynlərindən birinin müşaiyəti ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Türkiyə Respublikasına ixtisaslaşmış bərpa müalicəsinə göndərib. 
   Uşaqların valideynləri ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi, habelə tibbi-sosial reabilitasiyası istiqamətində həyata keçirilən tədbirlərdən razı qaldıqlarını vurğulayıblar. Onlar övladlarının sağlamlıqlarının bərpasına, bu məqsədlə xaricdə ixtisaslaşmış bərpa müalicəsinin təşkilinə göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. 
   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev bildirib ki, göndərilən uşaqlar Türkiyənin Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzində fizioterapevtik müalicə kursu keçəcəklər: “Həmin mərkəz əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi reabilitasiyası üzrə ixtisaslaşmış müəssisədir. Bizim göndərdiyimiz uşaqlar və onların valideynləri də həmin mərkəzdə 5 ulduz oteldə yerləşdiriləcək və uşaqlara qabaqcıl fizioterpevtik müalicə metodları əsasında reabilitasiya xidmətləri göstəriləcək. Uşaqların valideynləri də reabilitasiya tədbirlərinə cəlb ediləcəklər”. S.Abdullayev diqqətə çatdırıb ki,  cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən artıq 128 nəfər bu təbəqələrdən olan şəxs xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib. Onlardan 70 nəfərini əlilliyi olan şəxslər, 58 nəfərini sağlamlıq imkanları məhdud uşaqlar təşkil edib”. 
   Şöbə müdiri qeyd olunan insanların sosial müdafiəsi və reabilitasiyası məqsədilə digər istiqamətlərdə də tədbirlərin həyata keçirildiyini bildirib: “Hazırda nazirliyin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” icra edilir.  Bu Proqram çərçivəsində həmin şəxslərin reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edilmələri, onlar arasında idman tədbirlərinin keçirilməsi və beynəlxalq yarışlarda iştirak etmələrinə şərait yaradılması, onların istirahətinin təşkili, sosial-məişət problemlərinin həllinə köməklik göstərilməsi və s. istiqamətlərdə də işlər aparılır”.

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3013 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”