XƏBƏRLƏR




- 25/12/2014 Hemofiliya üzrə Dövlət Tədbirlər Planı çərçivəsində əlilliyin profilaktikasının aparılması
Azərbaycan Respublikasının Prezidentinin 2012 il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020 : gələcəyə baxış” İnkişaf Konsepsiyasına “7.1. Əhalinin sağlamlığı və səhiyyə sahəsində qarşıda duran başlıca vəzifələr” bəndinə əsaslanaraq hemofiliya sahəsində bir neçə islahatlar həyata keçirilmişdir.
Konsepsiyada qeyd olunanları nəzərə alaraq, Hemofiliyalı xəstələrin Respublika Assosiasiyası Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və İsveçrənin Novo Nordisk Hemofiliya Fondunun maliyyə yardımı və Səhiyyə Nazirliyinin dəstəyi ilə 2014 ildə iki layihə həyata keçirilmişdir.
1. Hemofiliya sahəsində kadr hazırlığı, hemofiliyalı vətəndaşlara tibbi xidmətin desentralizasiyası və hemofiliyalı xəstələrin və onların ailə üzvləri üçün maarifləndirmə işlərinin aparılması.
2. Hemofiliya üzrə Dövlət Tədbirlər Planı çərçivəsində əlilliyin profilaktikasının aparılması
2014 il ərzində yuxarıda qeyd olunan layihələr çərçivəsində görülən işlər və nəticələr haqqında 25 dekabr 2014 il tarixdə saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat konfransında HXRA-nın sədri Gülnarə Hüseynova hesabat təqdim edilmişdir.
Sosial Hüquqların Araşdırılması ictimai birliyinin sədri Mayis Əliyev, Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli, Leykomiya ilə mübarizə təşkilatının sədri , Əlil Qadınlar cəmiyyətinin sədri Məhluqə Rəhimova, Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda (ƏBƏU) cəmiyyətinin icraçı direktoru Bəybala İbadullayev, Həkim Yaşar Hümbətov, və hemofiliyalı xəstələr çıxış etmişlər.
Bu xəbər 3724 dəfə oxunub
























1.jpg)






































