08 Noyabr 2025-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
6/5/2014 Əlillərin bəzi qrupları güzəştli sosial layihələrdən kənarda qalıb



Bu gün Azərbaycanda müharibə əlilləri, şəhid ailələri üçün fərdi evlərin tikilməsi, mənzillərin paylanması həyata keçirilir. Bura Qarabağ müharibəsi, Çernobıl və 20 Yanvar əlilləri daxildir. 1997-ci ildən başlayaraq indiyədək 5 minə yaxın müharibə əlili və şəhid ailəsi dövlət hesabına yeni mənzillərlə təmin olunub ki, onlardan 694-ü şəhid ailəsidir.
Onu da qeyd edək ki, əlillərə mənzillərin 4000 mini 2003-cü ildən sonra verilib. 1997-ci il ərzində 81 mənzil bu məqsədlə inşa olunmuşdusa, 2013-cü ildə bu rəqəm 750-ə çatıb. Hazırda respublika üzrə 6 mindən çox, Bakıda 1800-dən çox Qarabaq müharibəsi əlili və şəhid ailəsi üzvü mənzil növbəsinə dayanıb. Son illər orta hesabla hər il 700-750 mənzil bu məqsədlər üçün tikilərək istifadəyə verilib. Digər tərəfdən, şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə qəbul zamanı üstünlük verilir.
Bütün bunlar, təbii ki, təqdirəlayiq haldır. Ancaq nədənsə, digər kateqoriyadan olan əlillərin mənzil təminatı ilə bağlı heç bir güzəşt yoxdur. Bu gün yüz minlərlə sözügedən kateqoriyadan olan əlil var. Onların bir qismi gənc olduğu üçün mənzilə ehtiyacı var. Heç olmasa müəyyən güzəştli şərtlərlə onları mənzillə təmin etmək olar.
Məsələyə münasibət bildirən Əlil Təşkilatları İttifaqının rəhbəri Davud Rəhimlinin sözlərinə görə, sözügedən məsələ gündəmdədir: "Bununla bağlı hökumətə təkliflər vermişik. Təkliflərə görə, heç olmasa 1-ci qrup əlillərə bu güzəştlər tətbiq olunsun və ayrılan mənzillərdən onlara pay düşsün.
Dövlət vəsaiti hesabına tikilən mənzillərin heç olmasa 15-20 faizi anadangəlmə və sonradan əlil olan şəxslərə verilsin. Hökumətdən verilən cavaba görə, əvvəlki qayda dövlət proqramına görə təsdiq olunub. İndi ona dəyişiklik etmək çətin məsələdir. Yalnız yeni dövlət proqramı təsdiq olunduqdan sonra əlillərə mənzil verilməsi maddəsi ora daxil edilə bilər. Bu da 2015-ci ildən sonra ola bilər. Buna baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə başqa variantlar da təklif edirik. Əsas məsələ digər kateqoriyadan da olan əlillərin mənzillə təmin olunmasıdır, sonra isə avtomabillə təminatdan söhbət gedir. Ümid var ki, növbəti proqramda bu məsələlər öz həllini tapsın".



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3215 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”