XƏBƏRLƏR




- 7/4/2014 Şuranın dəstəyilə regionlarda hüquqi maarifləndirmə tədbirləri təşkil ediləcək
- əlilliyi olan şəxslərə qarşı ayrıseçkiliyin aradan qaldırılmasına, onlar üçün bərabər hüquqların və imkanların yaradılmasına dəstək vermək;
- əlilliyi olan gənclərin ictimai fəallığının artırılmasına yardım etmək;
- əlilliyi olan şəxslərə müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etmələri üçün şəraitin yaradılmasına kömək etmək və s.
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
PRESS RELİZ
Bakı şəhəri 05 aprel 2014-cü il
Şuranın dəstəyilə regionlarda hüquqi maarifləndirmə
tədbirləri təşkil ediləcək
“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi (ƏCİİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Regionlarda əhalinin müxtəlif sosial qruplarının, o cümlədən əlilliyi olan şəxslərin hüquqi maarifləndirilməsi ilə bağlı tədbirlərin təşkili” adlı layihəni həyata keçirir.
Layihənin məqsədi cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin səviyyəsinin artırılması, əlilliyin dərki, insanlara qarşı əlillik və digər əlamətlərə görə hər hansı ayrı-seçkiliyin yolverilməzliyi ilə bağlı maarifləndirmə işinin həyata keçirilməsi və bu sahədə müsbət təcrübənin təbliğ edilməsindən ibarətdir.
Layihə çərcivəsində əhalinin müxtəlif sosial qruplarının, o cümlədən əlilliyi olan şəxslərin, onların ailə üzvlərinin, aidiyyəti dövlət qurumlarının, bu qəbildən olan insanları təmsil edən və digər QHT nümayəndələrinin iştirakı ilə Sumqayıt şəhərində və Beyləqan rayonunda maarifləndirmə tədbirləri təşkil ediləcəkdir. Keçirələn həmin tədbirlər nəticəsində BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyası, habelə ölkəmizin tərəfdar çıxdığı digər beynəlxalq hüquqi və dövlətdaxili aktlar, o cümlədən müvafiq dövlət proqramları sözügedən əhali qrupu arsında geniş təbliğ ediləcəkdir. Bundan əlavə Birliyin təlimçiləri tərəfindən ƏOŞ-in hüquqi statusunu, reabilitasiyasını, təhsil, əmək, sağlamlıq, sosial təminat və sair hüquqlarını, onlara göstərilən sosial xidmətlər və digər vacib məsələlər barədə tədbir iştirakçılarına ətraflı məlumatlar veriləcəkdir. Hüquqi maarifləndirmə işində KİV-lərin imkanlarından istifadə olunması isə onun əhatə dairəsinin daha da genişlənməsinə səbəb olacaqdır. Sonda əhalinin müxtəlif sosial qruplarının, o cümlədən əlilliyi olan şəxslərin hüquqlarının təmini və müdafiəsi baxımından zəruri hesab olunan strateji əhəmiyyətli sənədlərin (hüquqi aktların, dövlət proqramlarının və s.) layihələri ilə bağlı zəruri təkliflər hazırlanaraq nəzərə alınması üçün aidiyyəti dövlət qurumlarına təqdim ediləcəkdir.
Mətbut xidməti
TƏŞKİLAT HAQQINDA MƏLUMAT
“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi (ƏCİİB) 28 may 2008-ci ildə - Respublika günündə təsis edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 24 dekabr 2008-ci il tarixli qərarı ilə dövlət qeydiyyatına alınmışdır.
Təşkilatın əsas məqsədi əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya olunmalarına yardım etməkdir.
Birlik qarşısına qoyduğu məqsədlərə çatmaq üçün aşağıdakı vəzifələrin həyata keçirilməsinə nail olmağa çalışır:
Eyni zamanda Birlik Nizamnaməsində nəzərdə tutulmuş məqsəd və vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları, bələdiyyələr, vətəndaş cəmiyyəti institutları, həmçinin beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəlikləri ilə əməkdaşlıq edir. Bundan əlavə Birlik elmi araşdırmalar aparır, müxtəlif kurslar, seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, konfranslar, xeyriyyə marafonları, forumlar və sair tədbirlər keçirir.
“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF), Əlil Təşkilatları İttifaqının (ƏTİ) və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının, “Dünyaya Baxış” (“World Vision”) Beynəlxalq Humanitar Təşkilatının “Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər” layihəsi çərçivəsində yaradılan “Hamı üçün bərabər imkanlar” QHT Koalisiyasının üzvüdür.
Bu xəbər 3606 dəfə oxunub
























1.jpg)






































