15 İyun 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
“Regionlarda əhalinin həssas təbəqələrinin sosial hüquqları ilə bağlı məlumatlılığın artırılması və monitorinqi” layihəsini həyata keçirmişdir.


 

PRESS RELİZ

            “Sosial Hüquqların Araşdırılması” (SHAİB) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  həyata  “Regionlarda əhalinin həssas təbəqələrinin sosial hüquqları ilə bağlı məlumatlılığın artırılması və monitorinqi”  layihəsini həyata keçirmişdir. Layihənin ümumi məramı regionlarda yaşayan əhalinin həssas təbəqələrinin sosial hüquqlar barədə maarifləndirilməsi, hüquqi biliklərinin artırılması, regionlarda sosial hüquqların reallaşdırılması ilə bağlı mövcud problemlərin öyrənilərək ümumiləşdirilməsi və onlarla bağlı təkliflərin hazırlanaraq  dövlət orqanlarına təqdim edilməsindən ibarətdir. Layihə 4 ay müddətində 3 rayonda – Qazax rayonun Yuxarı Salahlı və  Daş Salahlı, Tovuz rayonun Əhmədabad və Şamlıq və Gədəbəy rayonunun Slavyanka və  Nəriman kəndlərində həyata keçirilmişdir.

            Layihə çərcivəsində sosial qanunvericiliyi özündə əhatə edən normativ-hüquqi aktlar CD formasında hazırlanaraq regionlarda əhalinin həssas qruplarına və QHT-ə paylanmışdır. Sosial hüquqların monitorinqi məqsədi ilə regionlarda əhalinin həssas təbəqələri arasında sosioloji sorğu keçirilmişdir. İctimai müzakirələrin və sosioloji sorğunun nəticələrinin təhlili və ümumiləşdirilməsi əsasında “Regionlarda yaşayan insanların sosial hüquqlarının həyata keçirilməsi zamanı meydana çıxan problemlərin aradan qaldırılması və qanunvericiliyin təkmilləşdrilməsinə dair tövsiyyələr” hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim edilmişdir. Layihənin icra planına uyğun olaraq 28  iyun 2013-cü il tarixində saat 10:30-da Beynəlxalq Mətbuat Mərkəzinin Mətbuat Zalında “Regionlarda əhalinin həssas təbəqələrinin sosial hüquqları ilə bağlı məlumatlılığın artırılması və monitorinqi”  layihəsi ilə bağlı yekun dəyirmi masa keçirilmişdir.

            Hökumət, QHT, KİV nümayəndələri və əhalinin həssas təbəqələrinin, o cümlədən əlil təşkilatlarının iştirakı ilə keçirilmiş tədbirdə əhalinin sosial hüquqlarının müasir vəziyyəti və  prespektivləri, əhalinin sosial hüquqlarının inzibati və məhkəmə qayadasında müdafiəsi, vətəndaşların əmək hüquqları və əlilliyi olan şəxslərin sosial hüquqlarının həyata keçirilməsi sahəsində  mövcud problemlər  və onun həlli yolları və s. məsələlər barəsində  çıxışlar və müzakirələr olmuşdur.

          Tədbiri giriş sözü ilə “Sosial hüquqların araşdırılması” İctimai Birliyinin (SHAİB) sədri, BDU-nin professoru Mayis Əliyev açaraq layihə və tədbir haqqında məlumat vermişdir.Tədbirdə təşkilatın sədr müavini, vəkil Adəm Məmmədov, BDU-nun kafedra müdiri, professor Alış Qasımov, Əlil Təşkilatları İtifaqının prezidenti Davud Rəhimli, AMEA-nin şöbə müdiri, professor Habil Qurbanov, QHT rəhbərləri və digər şəxslər çıxış etmiş, müzakirələr aparılmış, rəy və təkliflər verilmişdir.                                         

Təşkilat haqqında

“Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29 iyun 2012-ci il tarixli qərarı ilə dövlət qeydiyyatına alınmışdı. Təşkilatın  əsas amalı və hədəfi dövlətin sosial layihələrinin həyata keçirilməsində fəal iştirak etmək, vətəndaşların sosial hüquqlarının müdafiəsi işinə dəstək olmaq və bununla da Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasına əməli köməklik göstərməkdir. SHAİB QHT 3 oktyabr 2012-ci ildə Azərbaycan Respublikası milli Qeyri Hökümət Təşkilatları Formuna, 17 oktyabr 2012-ci ildə isə Əlil Təşkilatları İttifaqına üzv qəbul olunmuşdur.

Daha ətraflı: www.udpo.az

 Mətbuat xidməti

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 4491 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”