15 İyun 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
21/1/2013 Əlillərin tibbi-sosial reabilitasiyası sistemi təkmilləşdirilir


  

Əlillərin tibbi-sosial reabilitasiyası sistemi təkmilləşdirilir

 

 
     Yanvarın 21-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə «Sosial Xidmətlər Təşəbbüsü» İctimai Birliyi tərəfindən həyata keçirilən «Əlillərin tibbi-sosial reabilitasiyası sisteminin təkmilləşdirilməsi» layihəsinin təqdimatı olub. Tədbir həmin layihə çərçivəsində və Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə tərtib edilmiş «Əlillərin bərpa mərkəzlərində cari vəziyyətin təhlilinə dair hesabat»ın müzakirəsinə həsr edilib.
     Tədbirdə Nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov və nazirliyin müvafiq struktur bölmələrinin əməkdaşları, «Sosial Xidmətlər Təşəbbüsü» İctimai Birliyinin sədri Ramiz Behbudov, Nazirlik yanında İctimai Şuranın, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, BƏT-in, UNİCEF-in, digər yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
     Hesabatın əsas məqamları onun müəllifi, Avropa Reabilitasiya Platformasının mütəxəssisi Donal MkAnaney tərəfindən təqdim edildikdən sonra tədbir müzakirələr və sual-cavab sessiyası ilə davam edib. Tədbirin sonunda əlillərin bərpa mərkəzlərinin işinin təkmilləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması üçün Nazirliyin və tərəfdaş təşkilatların 2013-cü ildə yeni proqramlar icra etməsinin vacibliyi vurğulanıb.
     Onu da bildirək ki, «Əlillərin tibbi-sosial reabilitasiya sisteminin təkmilləşdirilməsi» layihəsi çərçivəsində 22-23 yanvar 2013-cü il tarixlərində nazirliyin tabeliyində olan əlillərin bərpa mərkəzlərinin rəhbər işçiləri üçün seminar keçiriləcək.
Seminarın əsas məqsədi qeyd olunan layihə çərçivəsində tərtib edilmiş «Əlillərin bərpa mərkəzlərində cari vəziyyətin təhlilinə dari hesabat» haqqında mərkəz direktorlarını ətraflı məlumatlandırmaq, hesabatda əksini tapmış məqamlara dair diskussiya aparmaq və yeni strateji plan hazırlamaqdır. BƏT-in də dəstəyi ilə təşkil ediləcək seminar Avropa Reabilitasiya Platformasının mütəxəssisi Donal MkAnaney tərəfindən aparılacaq.
    Seminarda əlillərin bərpa mərkəzlərindəki vəziyyət geniş müzakirə ediləcək, mərkəz direktorları müxtəlif işçi qruplarında işə cəld edilərək ümumi strategiya ətrafında müzakirələr aparılacaqdır. Seminarın nəticəsi kimi əlillərin reabilitasiyası sistemində islahatların aparılması üçün real vəziyyətə əsaslanan strategiya sənədinin layihəsi hazırlanacaq.
 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 4070 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”