XƏBƏRLƏR




- 13. Azərbaycan Respublikası Təhsili Nazirliyinin əqli və fiziki inkişafında qüsurlar olan uşaqlar üçün xüsusi internat məktəblərinin rəhbər işçiləri, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı,1992-ci il
- 6 fevral 2007-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 185)
- 19 oktyabr 2009-cu il tarixli 168 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 857)
- - Azərbaycan Nazirlər Kabineti "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nı təsdiq edib.
- - 71. Azərbaycan Respublikasında insanın immunçatışmazlığı xəstəliyinin (AİDS)* yayılmasının qarşısının alınmasına dair “MİLLİ STRATEJİ PLAN”ın təsdiqlənməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı, 2002-ci il
- - 70. “2011-2015-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2010-cu il
- - 69. "Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan şəxslərin işləməsi qadağan olunan peşə və vəzifələrin Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2003-cü il
- - 68. "Daimi yaşayış yeri olmayan, ətrafdakılar üçün təhlükə törədən vərəm xəstəliyinə tutulmuş şəxslər üçün təşkil olunan xüsusi xəstəxana-internatlara xəstələrin göndərilməsi və qəbulu Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2003-cü il
- - 67. “2011-2015-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2010-cu il
- - 66. Transplantasiya obyekti olan orqan və (və ya) toxumaların Siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2000-ci il
- - 65. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (0 cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı"nın və "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2005-ci il
- - 64. “Şəkərli diabet üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2005-ci il
- - 63. “2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2010-cu il
- - 62. Psixi pozuntu nəticəsində şəxsin ayrı-ayrı peşə növlərində və yüksək təhlükə mənbəyi ilə bağlı işlərdə fəaliyyətin yerinə yetirilməsi üçün yararsız hesab edilməsinə əsas verən psixiatriya əks-göstərişlərin Siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2003-cü il
Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin əqli və fiziki inkişafında qüsurlar olan uşaqlar üçün xüsusi internat məktəblərinin rəhbər işçiləri, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİ QƏRARI
№ 6
9 yanvar 1992-ci il, Bakı şəhəri
Xüsusi internat məktəblərin ştatlarını qaydaya salmaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:
1. Əqli və fiziki inkişafında qüsurlar olan uşaqlar üçün xüsusi internat məktəblərin rəhbər işçiləri, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları təsdiq edilsin.
2. Göstərilən nümunəvi ştatlar 1992-ci il yanvarın 1-dən tətbiq edilsin.
Baş nazir H. HƏSƏNOV
İşlər müdirinin müavini İ. HACIYEV
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1992-ci il 9 yanvar tarixli, 6 nömrəli qərarına
Əlavə
Əqli və ya fiziki inkişafında qüsurlar olan uşaqlar üçün xüsusi internat məktəblərin rəhbər işçiləri, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin
Nümunəvi ştatları
|
|
Sinif komplektlərin miqdarından asılı olaraq ştat vahidlərinin sayı |
|||
|
4 — 8 |
9 — 12 |
13 — 18 |
19 və daha çox |
|
|
1 |
2 |
3 |
4 |
5 |
|
1. Direktor |
1 |
1 |
1 |
1 |
|
2. Tədris işləri üzrə direktor müavini |
1 |
1 |
1 |
1 |
|
3. Tərbiyə işləri üzrə direktor müavini |
— |
1 |
1 |
1 |
|
4. Təsərrüfat işləri üzrə direktor müavini |
1 |
1 |
1 |
1 |
|
5. Pioner baş dəstə rəhbəri |
1 |
1 |
1 |
1 |
|
6. Dərnək işləri üzrə rəhbər |
0,5 |
0,5 |
0,5 |
0,5 |
|
7. Baş mühasib |
1 |
1 |
1 |
1 |
|
8. Mühasib-kassir |
1 |
1 |
1 |
1 |
|
9. Katibə-makinaçı |
1 |
1 |
1 |
1 |
|
10. Kitabxana müdiri |
— |
1 |
1 |
1 |
|
11. Kitabxanaçı |
1 |
— |
— |
— |
|
12. Dəyişəklərə baxan |
1 |
1 |
1 |
1 |
|
13. Paltar təmiri üzrə tikişçi |
1 |
1 |
1 |
1 |
|
14. Psixoloq |
1 |
1 |
1 |
1 |
|
15. Həkim |
1 |
1 |
1 |
1 |
|
16. Tibb bacısı |
1 |
1 |
1 |
1 |
|
17. Paltaryuyan |
2 |
2 |
2 |
2 |
|
18. Çəkməçi |
0,5 |
1 |
1 |
1 |
|
19. Bərbər
|
0,5 |
1 |
1 |
1 |
|
1 |
2 |
3 |
4 |
5 |
|
20. Binaların, qurğuların, avadanlıqların təmiri və onlara xidmət üzrə fəhlə |
1 |
1 |
1 |
1 |
|
21. Baş aşbaz |
1 |
1 |
1 |
1 |
|
22. Aşbaz |
1 |
1 |
2 |
2 |
|
23. Qabyuyan |
1 |
1 |
2 |
2 |
|
Cəmi: |
20,5 |
22,5 |
24,5 |
24,5 |
Qeydlər:
1. Xüsusi internat məktəblərində tərbiyəçi ştatı tərbiyə olunanların hər qrupuna 2 vahid hesabı ilə müəyyən edilir.
Tərbiyə olunan qruplarda sıxlıq əqli və fiziki inkişafında qüsurlar olan uşaqlar üçün xüsusi internat məktəblərinin əsasnaməsinə uyğun olaraq müəyyən edilir.
Əqli və fiziki inkişafında qüsurlar olan uşaqlar üçün xüsusi internat məktəblərində rəhbər işçilərin, inzibati-təsərrüfat, tədris-yardımçı, tibbi və xidmətedici heyətin sayı hesabladıqda hər tərbiyə olunan qrupda 20 nəfər hesabı ilə müəyyənləşdirilir.
2. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü uşaqlar internatda qaldıqda əlavə aşağıda göstərilən vəzifələr müəyyən edilir:[1]
hər 25 nəfər uşağa 0,34 vahid tərbiyəçi;
uşaqların sayı 25-dən çox olduqda 0,5 vahid aşbaz.
3. İflic və poliomielit keçirmiş uşaqlar üçün xüsusi internat məktəblərində hər 25 uşağa 1 vahid müəllim-loqoped vəzifəsi müəyyən edilir.
4. Xüsusi internat məktəblərində laborant vəzifəsi avadanlıqla təchiz olunmuş fizika və kimya kabinetləri olduqda daxil edilir.
5. Məktəbəqədər yaşlı uşaqlar üçün qrupları olan xüsusi internat məktəblərində hər belə qrupa 3,28 vahid tərbiyəçi verilir.
6. Kar, zəif eşidən və sonradan karlaşmış, kor və zəif görən əqli cəhətdən qüsuru olan uşaqlar üçün hər qrupa 1 vahid müəllim-defektoloq və 1,8 vahid dayə vəzifəsi ayrılır.
7. Kor və zəif görən, iflic və poliomielit keçirmiş uşaqlar üçün internat məktəblərin məktəbəqədər qruplarında nitqi qüsurlu uşaqlar olduqda hər 15 uşağa 1 vahid müəllim-loqoped vəzifəsi müəyyən edilir.
8. İflic və poliomielit keçirmiş uşaqlar üçün xüsusi internat məktəblərində şagirdlərin sayı 100-ə qədər olduqda 0,5 vahid, 100-dən çox olduqda 1 vahid ortopedik aparatlarının təmiri üzrə usta vəzifəsi müəyyən olunur.
9. Kar, zəif eşidən və sonradan karlaşmış uşaqlar üçün xüsusi internat məktəblərdə səsgücləndirmə aparatı ilə təchiz olunmuş siniflərin sayı 3 — 8 olduqda 0,5 vahid, 9 və daha çox olduqda isə tam vahid səsgücləndirici aparatın təmiri üzrə usta vəzifəsi müəyyən olunur. Səsgücləndirici aparat olan qrup da sinif sayılır.
10. Kar uşaqlar üçün internat məktəblərində eşitmə kabinetinin müəllim-defektoloq vəzifəsi, zəif eşidən və sonradan karlaşmış uşaqlar üçün internat məktəblərində isə eşitmə kabinetinin təlimatçısı vəzifəsi müəyyən edilir.
11. Xüsusi internat məktəblərində hər yataq korpusunda 2 vahid kecə dayəsi müəyyənləşdirilir. 150 nəfərdən artıq şagirdi olan internatların yataq korpusunda hər mərtəbəyə 2 vahid gecə dayəsi vəzifəsi müəyyən edilir.
12. Süpürülən hər 400 kv. metr sahəyə 1 vahid xadimə ayrılır. Hazırlıq və I — IV siniflərin hər birinə əlavə 0,25 vahid xadimə vəzifəsi müəyyən edilir.
13. Dalandar vəzifəsi yerli XDS İK-ləri tərəfindən təsdiq olunmuş süpürülən sahə normalarına uyğun olaraq müəyyən edilir. Məktəbin azı 1,5 h. sahədə meyvə bağı və ya bəzək ağacı əkilmiş yaşıl meydançası olduqda dalandar əvəzinə bağban vəzifəsi müəyyən edilə bilər.
14. Avtonəqliyyatı olan xüsusi internat məktəblərində 1 vahid sürücü vəzifəsi müəyyən edilir. Kor və zəif görən, iflic və poliomielit keçirmiş uşaqlar üçün xüsusi internat məktəblərində isə bir avtonəqliyyata 1 vahid sürücü ştatı müəyyən edilir.
15. Ocaqçı və sobayandıran vəzifələri qızdırma mövsümündə aşağıda göstərilən hesabdan müəyyən edilir:
hər beş sobaya 0,5 vahid sobayandıran vəzifəsi;
mərkəzi istilik sistemi olduqda hər növbədə bir ocaqçı, bərk yanacaqla (torfla, daş kömürlə) qızdırılan qazanxananın sahəsi 75 kv. metrdən çox olduqda növbədə 2 ocaqçı vəzifəsi;
qazla qızdırıldıqda növbədə 1, təhlükəsizliyin avtomatik tənzimləyicisi olmayan qazanxanada növbədə 2 ocaqçı vəzifəsi.
Əgər internat məktəb bütün il ərzində isti su ilə təmin olunursa ocaqçıların ümumi sayından ikisi illik müəyyən edilir.
Mərkəzləşdirilmiş istilik sistemindən qızdırılan internat məktəblərində istilik məntəqəsi və ya elevator olduqda ocaqçı əvəzinə 1 vahid çilingər vəzifəsi, boyler və nasos olduqda növbədə 1 çilingər vəzifəsi daxil edilir.
16. Bağ və bostan da daxil olmaqla, 5 hektardan çox tədris-təcrübə, yardımçı təsərrüfat sahəsi olan internat məktəblərində həmin sahənin gəliri hesabına bağban vəzifəsi saxlanılır.
17. İnternat məktəblərində paltaryuyan vəzifəsi dəyişəklər yuyulmaq üçün camaşırxanaya verilmədikdə ştata salınır.
18. Çəkməçi vəzifəsi emalatxanaya təmir üçün ayaqqabı verilmədikdə, ştata salınır.
19. Xüsusi internat məktəblərin ştat vahidlərinin sayı həmin nümunəvi ştatlara uyğun olaraq ildə bir dəfə — sentyabr ayında müəyyən edilir.
İşlər müdirinin müavini İ. HACIYEV
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 6 fevral 2007-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 185) ilə "Əqli və ya fiziki inkişafında qüsurlar olan uşaqlar üçün xüsusi internat məktəblərin rəhbər işçiləri, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin Nümunəvi Ştatları"nın Qeydlər hissəsinin 2-ci bəndində "bayram" sözü "iş günü hesab edilməyən bayram" sözləri ilə əvəz edilmişdir.
19 oktyabr 2009-cu il tarixli 168 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 857) ilə "Əqli və ya fiziki inkişafında qüsurlar olan uşaqlar üçün xüsusi internat məktəblərin rəhbər işçiləri, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin Nümunəvi Ştatları"nın "Qeydlər:" hissəsinin 2-ci bəndinin birinci abzasında "İstirahət və iş günü hesab edilməyən bayram günləri" sözləri "İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü" sözləri ilə əvəz edilmişdir.
Bu xəbər 3671 dəfə oxunub
























1.jpg)






































