Əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, ikinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydalarının və Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydasının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 614 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).[1]
2. "Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydası" təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikası Maliyyə Nazirliyinə tapşırılsın ki, bu qərarın 1-ci bəndində göstərilmiş şəxslərin sanatoriya-kurort müalicəsinin təşkili üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə hər il müvafiq olaraq dövlət büdcəsinin və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin layihələrində nəzərə alınmaqla mərkəzləşdirilmiş qaydada vəsait ayrılmasını təmin etsin.
4. "İşləməyən əlil, pensiyaçı və veteranların respublikanın kurort və sanatoriyalarında müalicə olunmalarını daha səmərəli təşkil etmək tədbirləri haqqında" Nazirlər Kabinetinin 1997-ci il 8 iyul tarixli, 74 nömrəli qərarı (ikinci bəndi istisna olmaqla) qüvvədən düşmüş hesab edilsin.
5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 12 avqust 2002-ci il
№ 128
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2002-ci il 12 avqust tarixli, 128 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi
QAYDALARI
I. Bu Qaydalar "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli, 614 nömrəli Fərmanının icrası olaraq hazırlanmışdır və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsini tənzimləyir.
2. Sanatoriya-kurort müalicəsini almaq üçün sanatoriya-kurort putyovkaları (yollayışları) işləməyənlərə - dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda işləyənlərə isə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına bu Qaydalarda göstərilmiş şəxslərə növbəlilik əsasında pulsuz verilir.
3. Əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar (əmək zədəsi və peşə xəstəliyi səbəbindən əlil və ya sağlamlıq imkanları məhdud uşaq olanlar və "Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq əlilliyə görə pensiya almaq hüququ olan hərbi qulluqçular istisna olmaqla), İkinci Dünya müharibəsi iştirakçıları, şəhid ailəsi statusunu almış ailənin üzvləri, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlar sanatoriya-kurort putyovkası ilə: işləyənlər - iş yerindən, işləməyənlər isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun yerli orqanları tərəfindən təmin olunurlar (tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində).[2]
Qeyd. I qrup əlilləri və ya sağlamlıq imkanları məhdud uşaqları müşayiət edən şəxslər sanatoriya-kurort putyovkaları ilə həmin əlillərin, sağlamlıq imkanları məhdud uşaqların sanatoriya-kurort putyovkası ilə təmin olunduqları idarə, müəssisə, təşkilat, orqanlar tərəfindən təmin olunurlar.[3]
4. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda işlədiyi zaman əmək zədəsi və peşə xəstəliyi səbəbindən əlil və ya sağlamlıq imkanları məhdud uşaq olanlar pensiyada olduğu müddətdə də həmin idarə, müəssisə və təşkilatın vəsaiti hesabına sanatoriya-kurort putyovkası ilə təmin olunurlar (tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində).[4]
5. Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçıları ildə bir dəfə sanatoriya-kurort putyovkası ilə (nəqliyyat xərcləri daxil olmaqla): işləyənlər - iş yerindən, işləməyənlər isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun yerli orqanları tərəfindən təmin olunurlar.
6. Köçürmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqlar ildə bir dəfə sanatoriya-kurort putyovkası ilə (nəqliyyat xərcləri daxil olmaqla) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun yerli orqanları tərəfindən təmin olunurlar.
7. Qəyyumun (himayəçinin) ailəsində, dövlət və qeyri-dövlət müəssisələrində təlim-tərbiyə olunan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sanatoriya-kurort putyovkası ilə (sanatoriya-kurort müalicə yerlərinə gediş-gəliş xərcləri daxil olmaqla) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun yerli orqanları tərəfindən təmin olunurlar (tibb müəssisələrinin göndərişi ilə respublika hüdudları daxilində).
8. Sanatoriya-kurort putyovkasını almaq üçün tələb olunan əsas sənəd tibb müəssisəsi tərəfindən verilmiş sanatoriya-kurort kartasıdır (I qrup əlilin və ya sağlamlıq imkanları məhdud uşağın müşayiətçiyə ehtiyacı vardırsa, sanatoriya-kurort kartasında "müşayiətçiyə ehtiyacı vardır" sözləri yazılır).[5]
9. Sanatoriya-kurort putyovkasını almaq üçün qeyd olunan şəxslər ərizələrini və sanatoriya-kurort kartasını sanatoriya-kurort putyovkası ilə təmin olunduqları aidiyyəti idarə, müəssisə, təşkilat, orqanlara təqdim etməklə sanatoriya-kurort kartasının verildiyi tarixdən növbəyə götürülür və bu Qaydalara uyğun olaraq təmin olunurlar.
10. Sanatoriya-kurort putyovkasını vermiş idarə, müəssisə, təşkilat və orqanlarda "geri qayıtma" talonunun qeydiyyatı aparılır və yollayışın istifadəsini təsdiq edən sənəd kimi saxlanılır.
11. Sanatoriya-kurort putyovkası qiymətli sənəddir və pul vəsaiti ilə bərabər saxlanılmalı və uçota alınmalıdır.
12. Sanatoriya-kurort putyovkalarının mədaxil və məxaric sənədləri, müqavilələr, qaimə-fakturalar, hesabatlar, uçot kitabları və s. sənədlər qanunvericilikdə müəyyən edilmiş qaydada saxlanılır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2002-ci il 12 avqust tarixli, 128 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması
QAYDASI
1. Bu Qayda "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli, 614 nömrəli Fərmanının icrası olaraq hazırlanmışdır və hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa), "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq əlilliyə görə pensiya almaq hüququ olan hərbi qulluqçuların və xüsusi rütbəsi olan əməkdaşların (bundan sonra - hərbi qulluqçular) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunmasını tənzimləyir.[6]
2. Hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriya-kurort putyovkalarının qiymətinin 75 faizi, onların hər bir ailə üzvü üçün isə putyovkaların qiymətinin 50 faizi məbləğində pul kompensasiyası hər il təsdiq edilən dövlət büdcəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi Dövlət Sərhəd Xidməti və qanunvericiliklə nəzərdə tutulmuş digər qurumlara nəzərdə tutulmuş vəsait hesabına ödənilir.
3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əlilliyə görə pensiya alan hərbi qulluqçulara Azərbaycan Respublikasının ərazisində yerləşən sanatoriya-kurort müəssisələrinə verilən putyovkaların (yollayışların) dəyərinin ödənilməsi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun hər il təsdiq edilən büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.[7]
4. Sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsini almaq üçün hərbi qulluqçular tibb müəssisəsi tərəfindən verilmiş sanatoriya-kurort kartasını və ərizələrini müvafiq orqana təqdim etməklə növbəyə götürülərək putyovkalarla təmin olunurlar.
5. Pansionatlarda və turist bazalarında istirahət üçün putyovkaları almaqdan ötrü hərbi qulluqçular ərizələrini müvafiq orqana təqdim edib növbəyə götürülməklə təmin olunurlar.
6. Putyovkaları vermiş orqanlarda "geri qayıtma" talonunun qeydiyyatı aparılır və putyovkanın istifadəsini təsdiq edən sənəd kimi saxlanılır.
7. Putyovkalar qiymətli sənəddir və pul vəsaiti ilə bərabər saxlanmalı və uçota alınmalıdır.
8. Putyovkaların mədaxil və məxaric sənədləri, müqavilələr, qaimə-fakturalar, hesabatlar, uçot kitabları və s. sənədlər qanunvericilikdə müəyyən edilmiş qaydada saxlanılır.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə qərarın adında və 1-ci bəndində «Əlillərin» sözündən sonra «, sağlamlıq imkanları məhdud uşaqların» sözləri əlavə edilmişdir.
[2] 27 fevral 2007-ci il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 199) ilə "Əlillərin, İkinci dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydaları"nın 3- cü bəndində "Hərbi qulluqçuların pensiya təminatı haqqında" sözləri "Əmək pensiyaları haqqında" sözləri ilə əvəz edilmişdir.
22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə "Əlillərin, İkinci dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydaları"nın 3-cü bənddə «Əlillər» sözündən sonra «və ya sağlamlıq imkanları məhdud uşaqlar» sözləri əlavə edilmişdir.
[3] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə "Əlillərin, İkinci dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydaları"nın adında, 1-ci bənddə, 3-cü bəndin «Qeyd» hissəsində «əlillərin» sözündən sonra «, sağlamlıq imkanları məhdud uşaqların» sözləri əlavə edilmişdir.
22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə "Əlillərin, İkinci dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydaları"nın 3-cü bəndin «Qeyd» hissəsində «əlilləri» sözündən sonra «və ya sağlamlıq imkanları məhdud uşaqları» sözləri əlavə edilmişdir.
[4] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə "Əlillərin, İkinci dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydaları"nın 3-cü və 4-cü bəndlərdə «əlil» sözündən sonra «və ya sağlamlıq imkanları məhdud uşaq» sözləri əlavə edilmişdir.
[5] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə "Əlillərin, İkinci dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydaları"nın 8-ci bənddə «əlilin» sözündən sonra «və ya sağlamlıq imkanları məhdud uşağın» sözləri əlavə edilmişdir.
[6] 19 oktyabr 2006-cı il tarixli 227 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 903) ilə "Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydası"nın 1-ci bəndində "pensiya almaq hüququ olan hərbi qulluqçuların" sözlərindən sonra "və xüsusi rütbəsi olan əməkdaşların (bundan sonra - hərbi qulluqçular)" sözləri əlavə edilmişdir.
27 fevral 2007-ci il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 199) ilə "Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydası"nın 1-ci bənddə "Hərbi qulluqçuların pensiya təminatı haqqında" sözləri "Əmək pensiyaları haqqında" sözləri ilə əvəz edilmişdir.
[7] 2 iyul 2003-cü il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 342) ilə "Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydası"nın 2-ci və 3-cü bəndlərinə "Ədliyyə Nazirliyi" sözlərindən sonra "Dövlət Sərhəd Xidməti" sözləri əlavə edilmişdir.
27 fevral 2007-ci il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 199) ilə "Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydası"nın 3-cü bənddə "Hərbi qulluqçuların pensiya təminatı haqqında" sözləri "Əmək pensiyaları haqqında" sözləri ilə əvəz edilmişdir və "hərbi pensiyaları ödəyən" sözləri çıxarılmışdır.
4 oktyabr 2010-cu il tarixli 170 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 903) ilə “Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydası”nın 3-cü bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq əlilliyə görə pensiya almaq hüququ olan hərbi qulluqçulara sanatoriya-kurort putyovkalarının qiymətinin 50 faizi məbləğində hərbi pensiyaları ödəyən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi Dövlət Sərhəd Xidməti və qanunvericiliklə nəzərdə tutulmuş digər qurumların hər il təsdiq edilən dövlət büdcəsində nəzərdə tutulmuş vəsaiti hesabına pul kompensasiyası ödənilir.